Azərbaycan İdeyası

Dayaq ol!

Tarix:17-10-2024, 16:14
Baxış Sayı:8

(Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov və nazirlər Fikrət Məmmədov, Eldar Mahmudov cənablarına ithaf)
Verilib tutmağa sənə ixtiyar,
Olsa qardaşın da lap cinayətkar,
Bax, belə, Vətəndə haqq zəfər çalar!
Dələduz namərdlər od tutub yanar,
Haqqa, ədalətə dayaq ol, Eldar!

Can atırlar gizlənməyə oğrular,
Düşdükcə tora hay-küy qoparırlar.
Lap milçək təki artıb – çoxalıblar!
Ağa ağ deyənin qanın sorurlar!
Haqqa, ədalətə dayaq ol, Eldar!

Nahaqdan dünyada batar dağlılar,
Kim bu fəlakətdən salamat qalar?
Şahın da düz sözə ehtiyacı var,
Bunu anlamazlar qanmaz adamlar!
Haqqa, ədalətə dayaq ol, Eldar!

Ancaq iki halda ölkə məhv olar:
-İnsanlar nahaqdan məhkum olsalar,
-Oğrular cəzadan məhrum olsalar!
Buy sözlər Heydərdən qalıb yadigar,
Haqqa, ədalətə dayaq ol, Eldar!

Olarmı müstəqil fərd, ya da dövlət,
Yaransa əməllə sözdə ziddiyyət?
Vəkil də, vəzir də olsa saxtakar,
Onlardan məsləhət alsa hökmdar?!
Haqqa, ədalətə dayaq ol, Eldar!

İllərlə ərizələr qalır cavabsız,
Zərərçəkənlər də əlacsız, haqsız!
Dələduz kef çəkir, qalıb cəzasız!
Aldanan, soyulan gözləyir imdad,
Haqqa, ədalətə dayaq ol, Fuad!

Alim hüquqşünas o aqil atan:
-Oğul, ayır – deyib – haqqı nahaqdan!”
Çıxartsan nəticə olar o da şad!
Qanun qarşısında nə qohum, nə yad?!
Haqqa, ədalətə dayaq ol, Fuad!

Nahaqdan qan tökmək olub çox asan,
Danır həqiqəti məmur qorxudan,
Yaratdı vicdansız Hitlerə imkan!
Xocalı silahsız qopardı fəryad!
Haqqa, ədalətə dayaq ol, Fuad!

Gərəkdir hər kəsə vicdan, ləyaqət,
Vətənə məhəbbət, elə məhəbbət!
Şan-şöhrət düşkünü, nankor, bişərəf
Düzə nifrət edər, yalana hörmət!
Haqqa, ədalətə dayaq ol, Fikrət!

Zəfər çalsın, qoy dünyada ədalət!
Dələduz, bişərəf çəksin xəcalət.
Etməsin bir daha heç kəs xəyanət!
Ağır cinayətdir nahaqqa xidmət,
Haqqa, ədalətə dayaq ol, Fikrət!

28.05.2010 – 30.10.2014.
Milis – polis leytenantı Güloğlan Hüseynov

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda polkovnik qəfil öldü
Azərbaycanda polkovnik qəfil öldü
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
Bakıda futbol meydançasında meyit tapıldı
Bakıda futbol meydançasında meyit tapıldı
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Misirdə güclü zəlzələ baş verib
Misirdə güclü zəlzələ baş verib