Azərbaycan İdeyası

Otur-dur vicdanla!

Tarix:17-10-2024, 16:16
Baxış Sayı:13

Daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov və millət vəkili Əli Hüseynov cənablarına ithaf)
Əgər yerindəsə idrakla göz-qaş,
Nahaq qan tökməyə lazımdırmı baş?
Haqqa tələ quran deyilmi daş-qaş?
Otur-dur qananla, ay Ramil qardaş!

Deyirəm: uzaq ol oddan-alovdan,
Çalış ki, söyləmə heç kəsə yalan!
Gözləmə xəyanət düz danışandan!
Otur-dur insanla, ay Zakir qardaş!

Birin bilməyənlər min birin bilməz,
Şoran torpaqlarda gül-çiçək bitməz,
Ariflər boş yerə danışmaz, gülməz,
Otur-dur sərrafla, ay Ramil qardaş!

Olarsa qohumun qarğa-sağsağan,
Dələduz, saxtakar, yaltaq adamdan,
Nə haqq, nə ədalət gözləmə ondan,
Otur-dur sən haqla, ay Zakir qardaş!

Nahaqdan iş açma sən vətəndaşa,
Olma baş ağrısı yada, qardaşa,
Gəl haqqa hörmət et, Babək tək yaşa!
Otur-dur vicdanla, ay Ramil qardaş!

Deyirəm, dünyamız ağır xəstədir,
Oğrular, quldurlar dəstə-dəstədir,
Çapıb-parçalamaq niyyətindədir?
Otur-dur vicdanla, ay Zakir qardaş!

Seçib vəkil səni zavallı millət,
Haqqa, ədalətə etmə xəyanət.
Nankor insanlarda olmaz ləyaqət,
Nə xoş münasibət, nə də mərhəmət.
Otur-dur vicdanla , ay Əli qardaş!

DİN Kadrlar İdarəsi, 05.12.2005. № 21/41-7382-H-378 Milis leytenantı Güloğlan Hüseynov
Qeyd: Təəssüflər olsun ki, həyatda saxtakar, yaltaq qohum-qardaşa tez-tez rast gəlirik!

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı