Azərbaycan İdeyası

İsmayıllı rayonundan olan Şəhid Cahan Qasımovun anım günü qeyd olunub

Tarix:17-10-2024, 16:19
Baxış Sayı:103

İsmayıllı rayonundan olan Şəhid Cahan Qasımovun anım günü qeyd olunub

Məlum olduğu kimi, Prezident İlham Əliyev bu il sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Azərbaycan dövlətinin, xalqımızın tarixində ən parlaq səhifələrdən biri olan sentyabrın 20-si Sərəncama əsasən hər il ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Yaşasın müstəqil və suveren Azərbaycan!
2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində həyata keçirilən hərbi əməliyyatlar dövlətimizin tarixində, eyni zamanda hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq, heç vaxt unudulmayacaq ən parlaq səhifə kimi öz əksini tapacaq.
Ötən il sentyabrın 19-da ölkəmiz üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir sutkadan da az davam edən əməliyyat zamanı rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail oldu. Azərbaycan istədiyini etdi, bütün şərtlərinin qəbuluna nail oldu. Növbəti qələbəmiz ordumuzun peşəkarlığının, döyüş ruhunun, planlı şəkildə fəaliyyətinin dünyaya təqdimatı idi.
2023-cü ilin 19 -20 sentyabr tarixində baş verən antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalan igid Vətən oğullarından biri də Cahan Qasımovdur.
Bu il oktyabr ayının 1-də Şəhid Cahan Qasımovun anım günü İsmayıllı rayonu Qalınçaq kəndində qeyd olunub. Anım mərasimində şəhidin ailə üzvləri (atası Qasımov Xəqani Cahan oğlu, anası Qasımova Tahirə Yadulla qızı, həyat yoldaşı Qasımova Tamam Şahverən qızı, qardaşı Qasımov Fərahim Xəqani oğlu, bacısı Məmmədova Xəyalə Xəqani qızı), qohumları, digər şəhid ailələrinin üzvləri, Şəhidin döyüş yoldaşları, rayon rəhbərliyinin və yerli ictimaiyyətin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. Qalınçaq qəbiristanlığında antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalan Cahan Qasımovla yanaşı, Birinci Qarabağ müharibəsi şəhidi Elbrus Həsənov, Vətən müharibəsi şəhidləri Fuad Nəcəfov və Tural Rəcəbalıyevin də məzarı ziyarət edilib, ruhlarına dualar oxunub.
Qasımov Cahan Xəqani oğlu 2001-ci il martın 19-da İsmayıllı rayonun Qalınçaq kəndində anadan olub. 2007-2018-ci illərdə orta təhsilini Qalınçaq kənd məktəbində alıb. Məktəbi bitirdikdən sonra 2019-cu ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra yenidən orduya qayıdaraq müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Qasımov Cahan Xəqani oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. 10 gün davam edən müalicələr nəticə verməmiş, oktyabr ayının 1-də müalicə aldığı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Qasımov Cahan ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Şəhidin qardaşı Qasımov Fərahim Xəqani oğıu da II Qarabağ müharibəsinin veteranıdır.
Ölümündən sonra 2024-cü ilin fevral ayının 19-da Şəhidin qız övladı dünyaya gəlmişdir. Körpəyə Zərifə adı veriblər.
İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində, həm də sonrakı təxribatlarda, hərbi toqquşmalarda, Ermənistanın sərhəd xəttində törətdiyi təcavüz aktlarında, erməni diversiya qruplarının zərəsizləşdirilməsində, silahlı birləşmələrinə qarşı döyüşdə Azərbaycan gəncinin göstərdiyi qeyri-adi qəhrəmanlıqlar, bu yolda şəhidlik zirvəzinə ucalmaları, qazi haqqını qazanmaları bizim qürur ünvanımızdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Azər Rzayev, “Korrupsiya və Qanun”

OXŞAR XƏBƏRLƏR
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."