Azərbaycan İdeyası

Yalandır-yalan!

Tarix:17-10-2024, 16:32
Baxış Sayı:7

(Yalan danışan və vətəndaşların müraciətlərinə yalan cavablar yazan məmurlara, prokurorlara ithaf)
Qartalın yuvasın sökən, dağıdan,
Düzü öz yolundan çıxaran, satan,
Nahaq qan axıdan, o evlər yıxan
Dünyanı yandıran yalandır-yalan!!!

Qarğanı Bülbülün ustadı sayan,
Haqqı haqsızlıqda batıran-boğan,
O şahlar-şahını taxtından salan,
Dünyanı yandıran yalandır-yalan!!!

Torpağı, dəmiri, daşı yandıran,
Qovan aslanları yurd-yuvasından!!!
Vicdanın, qeyrətin dollara satan!!
Dünyanı yandıran yalandır-yalan!!!

Tamahkara, fitnəkara arxa olan,
Şeytana mərmərdən heykəl ucaldan,
Xəyanətlə sirdaş, silahdaş olan,
Dünyanı yandıran yalandır-yalan!!!

O xoş arzuları ürəkdə qoyan,
Zəkasın insanın əlindən alan,
Axıdan göz yaşın qohumun-yadın,
Dünyanı yandıran yalandır-yalan!!!

Xalqın sərvətini çapan, talayan,
Qanunla heç zaman hesablaşmayan,
And içən hər yerdə, haqdan-nahaqdan,
Dünyanı yandıran yalandır-yalan!!!

Zəhərdən güc alan, sürünən heyvan,
Doğrunun qoluna dolanan heyvan,
Şikarın sancmağa fürsət axtaran,
Dünyanı yandıran yalandır-yalan!!!

Hüquqşünas: Hüseynov Güloğlan Pəli oğlu
“Qanunun Aliliyi” qəzetinin 01-ci sayı, yanvar 2007-ci il.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı