Azərbaycan İdeyası

Təlimçi müəllimi ölümlə hədələdi – Əfsanə Abdullayevanın arxasında duran “Əfsanə” kimdir?

Tarix:28-12-2024, 14:12
Baxış Sayı:104

Təlimçi müəllimi ölümlə hədələdi – Əfsanə Abdullayevanın arxasında duran “Əfsanə” kimdir?

“Korrupsiya və Qanun” qəzetinin daimi oxucuları, xüsusən də onların sırasından ölkənin təhsil ictimaiyyətinin mənsubları yəqin ki xatırlayarlar, bu ilin yayında sertifikasiyadan keçən müəllimlərə rüşvət qarşılığında artıq bal yazdırmaq məsələsində vasitəçilik etməyini yaxşılıq əməli hesab edən, savadsız müəllimlərin şagirdləri kor qoyacaqlarını isə əsla günah saymayan “kurrikulum təlimçisi” Əfsanə Abdullayevanın səs yazısı “Yutub” kanalında yayılmış, geniş rezonans doğuran həmin məsələ barədə qəzetimizdə sertifikasiya imtahanında müəllimlərin göstəriciləri rüşvət müqabilində 30 bal artırılır” sərlövhəli, “Kurrikulum təlimçisi Əfsanə Abdullayeva: “Bəzi mərdimazar müəllimələrimiz bizi konkret “dal ayağa” qoydular”” yarımbaşlıqlı tənqidi məqalə dərc olunmuşdu.
Doğrudur, sonradan məqalənin dərc olunduğu qəzet nüsxələrini müşayiətedici məktunblara qoşma edib aidiyyati qurumlara – Təhsil Nazirliyinə, hüquq-mühafizə və cinayət təqibi orqanlarına göndərdik. Araşdırmalarımız nəticəsində məlum olmuşdu ki, vaxtilə MİQ-in keçirdiyi imtahanlarda qanunsuzluqlara etiraz edən müəllimləri aksiyaya dəvət edən Ə.Abdullayeva ilk əvvəl haqq tərəfdarı kimi görünsə də, sonradan korrupsiyaya, qanunsuzluqlara qarşı mübarizə aparmaq əvəzinə, özü dönüb korrupsiya maşınının bir vintinə çevrilib. Belə ki, “Korrupsiya və Qanun” qəzetinin redaksiyasına göndərilən Əfsanə Abdullayevaya məxsus vatsap səs yazısında o, kurrikulum dərsi keçdiyi, vatsap qrupuna üzv olan, təkrar sertifikasiya imtahanında iştirak edəcək müəllimlərə müraciət etmiş və ertəsi gün keçiriləcək imtahan öncəsi tövsiyə və tələblərini çatdırmışdı. Vəd etmişdi ki, imtahan nəzarətçilərinə rüşvət verilib, suallar qabaqcadan alınıb, kömək edəcəklər.
Ötən il də eyni əməli törətdiyini etiraf edən Ə.Abdullayeva eyni zamanda ibtidai sinif müəllimlərinə “mərdimazarlardan” ehtiyatlandığını, telefonunun nəzarətdə olduğunu bildirmiş, söhbətdə üstüörtülü danışmağı məsləhət görmüşdü. Səs yazısında Əfsanə Abdullayeva həmçinin imtahandan keçməyəcək müəllimlərin pulunun qaytarılacağını da vəd etmişdi.
Məsələ ilə əlaqədar Əfsanə Abdullayevanın özünə zəng edib mövqeyini bildirməyini xahiş etmişdik. O, kimisə aldatmadığını, heç kəsə pislik etmədiyini, əməli ilə guya yaxşılıq etdiyini demişdi.
Aidiyyəti qurumlardan isə adekvat reaksiyanı görmədik. Əksinə, 1 sentyabr deputat seçkilərində 82 saylı İmişli-Saatlı seçki dairəsindən Milli Məclis üzvlüyünə keçmiş namizəd Leyla Nəcəfquliyeva İmişli rayonunun Aranlı kəndində orta məktəb müəllimi olaraq işdən çıxarıldı. Təhsil şöbəsinin əmrində Nəcəfquliyevanın parlament seçkilərində iştirakı ilə bağlı hər hansı qeyd olmasa da, Nəcəfquliyeva deyir ki, seçki kampaniyasında iştirakı zamanı ona təzyiq olunub. Ondan namizədliyini geri çəkməsi tələb olunub, amma o bunu etməyib. Müəllim işdən çıxarılmasının digər səbəbi kimi sosial mediadakı fəaliyyətini görür. O, Aranlı kənd məktəbində neqativ hallarla bağlı problemləri davamlı olaraq işıqlandırdığını bildirirdi.
L.Nəcəfquliyevanı işdən çıxarmaqla da kifayətlənməyiblər. Mil - Muğan Regional Təhsil İdarəsinin İmişli rayon üzrə Təhsil sektorunun müdiri Hüseynov Rahim Sabbar oğlu onu xüsusi ittiham qaydasında məhkəməyə verib. Yasamal rayon məhkəməsi 17.10.2024-cü il tarixli 1(004)-561/2024 saylı qərarı ilə şikayəti icraata qəbul etməkdən imtina edib.
Təbii ki, Leyla Nəcəfquliyevaya qarşı hücumlara Əfsanə Abdullayeva da qoşulub. Həm də özünə xas olan primitiv formada. Sosial şəbəkədə video-çıxış edərək L.Nəcəfquliyevaya hədə-qorxu gəlib, hətta ölümlə hədələyib: “Onun (Leylanın-red.) məqsədi odur ki, Əfsanəni cırnatsın, Əfsanə də gedib nələrisə danışsın. Amma başa düşmür ki, Əfsanənin də arxasında duran “Əfsanə” var. Əfsanə balaca bala deyil, Əfsanənin arxasında elə bir adam durub ki, onu məhv eləyər. Sadəcə olaraq, o adam sakit durmaqda böyüklük eləyir. Əfsanənin arxasında duran adamların adını eşitsə, məəttəl qalar. Az vaxtda görəcəksiz Leylanın başına nə oyun açacam. Ondan bütün Azərbaycan danışacaq. Mənə sadəcə bir həftə vaxt lazımdı ki, mən Leylanın həyatına son qoyum. Ondan sonra mənim şəklimi, səsimi yayanlar, məqalə yazanlar, hamınız xına yaxıb oturarsız”.

Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı