Azərbaycan İdeyası

“Korrupsiya və Qanun” qəzeti Şirvan Reabilitasiya Mərkəzi ilə müqəddəs bayramlar ərəfəsində xeyirxah təşəbbüsə imza atdı.

Tarix:17-03-2025, 14:02
Baxış Sayı:25

“Korrupsiya və Qanun” qəzeti Şirvan Reabilitasiya Mərkəzi ilə müqəddəs bayramlar ərəfəsində xeyirxah təşəbbüsə imza atdı.
Şirvan şəhər sakini 18 yaşlı Zeynəb Zaur qızı Şükürova anadangəlmə fiziki qüsurludur, birinci qrup əlildir. Zeynəb xanımın hərəkət mobilliyinin artması üçün xüsusi avadanlığa ehtiyacı vardı. Lakin ailə təvazökarlıq edərək və bir az da utanaraq məsələ ilə bağlı əlaqədar təşkilatların qapısını döyməyə tərəddüd edirmiş. “Korrupsiya və Qanun” qəzetinin baş redaktor müavini və eyni zamanda bölgə təmsilçisi Azər Rzayev ailənin bu problemini öyrənən kimi həllinə nail olmaq üçün təşəbbüsü öz üzərinə götürdü. Alqışa layiqdir ki, Şirvan şəhərində gənc xanıma kömək etməyə hazır olan xeyirxah insanlar az olmayıb.

İlk və həlledici olaraq çağırışa hay verən Şirvan Reabilitasiya Mərkəzinin direktoru Mehriban Siracova olub. Məhz onun köməkliyi ilə Zeynəb xanım üçün Bakıdan – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən iki əlil arabası və gəzmək üçün digər lazımi avadanlıq gətirilib. Ləvazimatların Zeynəb xanıma təhvil verilməsi martın 4-nə - Od çərşənbəsinə təsadüf edib ki, bu da onun üçün həm Qadınlar bayramı, həm də Novruz ərəfəsində gözəl hədiyyə olub.

Zeynəb xanım özü və anası Vəfa Əlimirzə qızı Xəlilova göstərilən qayğılı münasibətə görə Şirvan Reabilitasiya Mərkəzinin direktoru Mehriban Siracovaya, əməkdaşımız Azər Rzayevin şəxsində qəzetimizin kollektivinə və digər köməyi keçən şəxslərə minnətdarlığını bildirib. Qeyd edib ki, dövlətimizin başçısı cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın yürütdükləri uğurlu sosial siyasət sayəsində respublikamızda əlilliyi olan şəxslər hər cür diqqət və qayğı ilə əhatələniblər.

Yeri gəlmişkən qeyd edək ki, Mehriban Siracovanın daha bir neçə həmkarı, adlarının çəkilməsini istəməyən həkimlər Zeynəbgilin ailəsinə bayramqabağı maddi köməklik də göstəriblər.

Məlumat üçün bildirək ki, Şirvan Reabilitasiya Mərkəzi Şirvan şəhərində və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslərə kompleks tibbi, sosial-psixoloji reabilitasiya xidməti göstərmək yolu ilə onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası, onların tibbi, sosial-psixoloji, peşə diaqnostikası və reabilitasiyası, xəstəlikləri nəzərə alınmaqla dietik və rasional qidalanmasının təşkili, yaş və sağlamlıqlarını nəzərə alınmaqla mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, onlarda gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində işlər görür. Müəssisə 2 və 3 nəfərlik palatalardan ibarət olmaqla toplam 14 çarpayılıqdır. Pasientlər Mərkəzdə göstərilən xidmətdən razılıq edirlər.

Xuraman Quliyeva



OXŞAR XƏBƏRLƏR
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
“Manato” Azad Şuşanı işğal edir
“Manato” Azad Şuşanı işğal edir
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirilib
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirilib
Möhtəşəm qayıdış
Möhtəşəm qayıdış
Məhkəmə Hüquq Şurasında bir qrup hakimlərin Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri kimlər tərəfindən və necə illərlə gizlədilir?!
Məhkəmə Hüquq Şurasında bir qrup hakimlərin Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri kimlər tərəfindən və necə illərlə gizlədilir?!
Hakimlər Elsaldarla cinayət əlaqəsinə girərək, baş redaktor Xuraman Əhliman qızı Quliyevanın mənzilinə mülkiyyət hüququnu oğurluq yolla necə mənimsəmişlər?!
Hakimlər Elsaldarla cinayət əlaqəsinə girərək, baş redaktor Xuraman Əhliman qızı Quliyevanın  mənzilinə mülkiyyət hüququnu oğurluq yolla necə mənimsəmişlər?!
...Ola bilər ki, özü də nəfsi itinin biridir!
...Ola bilər ki, özü də nəfsi itinin biridir!