Azərbaycan İdeyası

Azərbaycanda ilkin əlillik təyin edilənlərin sayı 14 faiz azalıb

Tarix:21-10-2015, 17:11
Baxış Sayı:483

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Elmir Murad/
Tibbi-sosial ekspertiza və reabilitasiya xidməti sahəsində görülən işlərin yekunları müzakirə olunub.
"Korrupsiya və Qanun" qəzetinin məlumatına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, cari ilin 9 ayında tibbi-sosial ekspertiza və reabilitasiya xidməti sahəsində görülmüş işlərin, bu sahədə müasir və şəffaf iş üsullarının qurulması üçün aparılan islahatların yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilib.
İclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov əhaliyə bütün sahələrdə xidmət səviyyəsinin yüksəldilməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin mükəmməl islahatlar kursunun əsas prioritetlərindən biri olduğunu vurğulayıb.
Nazir müavini bununla əlaqədar qarşıya qoyulan vəzifələrin uğurla icra olunmasının, habelə tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin müasir və şəffaf iş mexanizmləri əsasında qurulmasının nazirliyin əsas fəaliyyət prinsipi olduğunu, cari ilin ötən dövründə də bu yöndə işlərin məqsədyönlü şəkildə davam etdirildiyini bildirib.
N.Məmmədov cari ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Respublika Əlillərin Bərpa Mərkəzinin yenidənqurmadan sonra açılışını hesabat dövrünün əlamətdar hadisələrindən biri olduğunu vurğulayıb: “Əlilliyi olan şəxslərə Prezident qayğısının əyani nümunəsi olan bu mərkəz öz profilinə görə Cənubi Qafqazda analoqu olmayan bu müəssisədir. Mərkəz müasir tibbi-fizioterapevtik aparatlarla və səmərəli reabilitasiya üsulları ilə il ərzində 1000 nəfərdən çox əlilliyi olan şəxsə yüksək səviyyədə bərpa-müalicə xidməti göstərməyə imkan verir”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı