Azərbaycan İdeyası

SABİRABAD RAYON VƏ ŞİRVAN APELLYASİYA MƏHKƏMƏLƏRİNDƏ RƏZALƏT

Tarix:Bu gün, 10:44
Baxış Sayı:0

SABİRABAD RAYON VƏ ŞİRVAN APELLYASİYA MƏHKƏMƏLƏRİNDƏ RƏZALƏT

SABİRABAD RAYON VƏ ŞİRVAN APELLYASİYA MƏHKƏMƏLƏRİNDƏ RƏZALƏT - 432 hektarı zəbt edən mülki məsuliyyətə, 10 sot torpağı zəbt etməsi ehtimal olunan şəxs isə cinayət məsuliyyətinə cəlb edilir
***
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsdaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin(şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.
Ancaq təcrübə göstərir ki, Azərbaycanda məhkəmələr cinayət törədilməsində təqsirləndirilən şəxsi özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu çıxarırlar.
Sabirabad rayonunun Qəzli kənd sakini Məmmədov Arif Məhəmməd oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək, heç bir cinayət törətmədiyi halda Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Halbuki, onun təqsiri məhkəmə baxışı zamanı sübuta yetirilməmişdir.
Arif Məmmədov yaşadığı Qəzli kəndinin aid olduğu Quruzma bələdiyyəsinin sədri tərəfindən məhkəməyə verilmişdir. Guya o, Quruzma bələdiyyəsinin mülkiyyətində olan 0.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan əkin işləri aparmaqla, həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş sahəsi olan 0.0043 hektarında və kənd təsərrüfatı təyinatlı təsərrüfatdaxili yol olan 0.0043 hektarında, ümumilikdə isə 0.024 ha hissəsində bir ədəd tövlə və istirahət üçün otaq inşa etməklə, özbaşına tutmuşdur.
Daha əvvəl Arif Məmmədov Sabirabad rayonu Quruzma bələdiyyəsinmin mülkiyyətində olan və Quruzma kəndində yerləşən 5 ha torpaq sahəsini 9 dekabr 2011-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən 40 il müddətinə əkinçilik üçün icarəyə götürmüşdür. Torpaq “Çıxarış” sənədlidir və hal-hazırda da təyinatı üzrəı istifadə olunur.
İttiham aktında zəbt kimi qeyd edilən 0.10 ha torpaq sahəsi pay torpaqları ilə bələdiyyə torpaqları arasındakı mühafizə kanalına düşdüyü üçün həmin torpaq sahəsi bələdiyyə tərəfindən sənədləşdirilərək Arif Məmmədova verilməmişdir. Qeyd edilən 0.10 ha torpaq sahəsi Arif Məmmədovun icarəsində olan 5 ha torpaq sahəsi ilə pay torpaq sahələrinin arasından keçən şor su kollektorunun başlanğıc tərəfi olmaqla mühafizə zolağıdır. Orada hər hansı bir əkin və örüş torpaq sahəsi mövcud deyildir.
Cinayət işinə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 29 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilir ki, ekspertiza baxışı zamanı Sabirabad rayonu Quruzma kəndində yerləşən mübahisələndirilən torpaq sahəsində A.Məmmədov tərəfindən özbaşına istifadə olunan (zəbt olunan) 0.10 ha, 0.0197 ha və 0.0043 ha torpaq sahəsi idarənin mütəxəssisləri tərəfindən müəyyən olunmayıb.
Təqsirləndirilən şəxsin hüquq müdafiəçisi tərəfindən verilmiş vəsatət əsasında məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 10/634 nömrəli, 28 yanvar 2025-ci il tarixli ekspert rəyində göstərilir ki, təqdim edilmiş mütəxəssis rəyində, Sabirabad rayonu Quruzma kəndində yerləşən 0.10 hektar torpaq sahəsinin koordinatları naturada müəyyən edilməmişdir. Mübahisələndirilən torpaq sahəsində A.Məmmədov tərəfindən özbaşına istifadə olunan (zəbt olunan) 0.10 ha, 0.0197 ha və 0.0043 ha torpaq sahəsi müəyyən olunmayıb.
Cinayət işinin məhkəmə baxışı zamanı zərərçəkmiş təşkilat – Sabirabad rayon Quruzma Bələdiyyəsinin sədri Heydərov Mirmövsüm Mirsəddar oğlu ifadəsində zəbt olunması göstərilən ərazidə heç bir tikinti olmadığını nəzərə alaraq A.Məmmədovdan şikayətçi olmadığını bildirib.
Bütün bunlardan başqa, A.Məmmədov barəsində tərtib olunmuş ittiham aktında qeyd edilir ki, o, 2017-ci ilin iyun ayında yuxarıda qeyd edilən cinayət əməlini törətmişdir. Belə olan halda 2024-cü ilin iyun ayında cinayət əməlinin törədildiyi gündən yeddi il keçmişdir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq aparılması hüququna malikdir. Həmin Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndinə görə, heç kəs törətdiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab ediləı bilməz. Habelə, cinayət əməlinin törədildiyi zaman tətbiq olunandan daha ağır cəza verilə bilməz.
A.Məmmədov bu qənaətdədir ki, analoji əməlləri törətmiş başqa şəxslərlə müqayisədə ona qarşı ayrı-seçkilik edilmişdir. Buna misal olaraq, məlumatlar təqdim etmişdir:
“Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə İdarəsi tərəfindən A.Məmmədova ünvanlanmış 24 sentyabr 2021-ci il tarixli 1548/M-160/2 nömrəli məktubda qeyd edilir ki, Sabirabad rayonu Quruzma Bələdiyyəsinə aid 432 hektar örüş sahəsi Aydın Əhmədov tərəfindən zəbt edilmişdir. Zəbt faktı və həmin sahənin də bələdiyyənin sahibliyinə qaytarılması ilə bağlı Sabirabad rayon məəhkəməısinə müraciət olunmuş, lakin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan başqa, Sabirabad rayon məhkəməsinin 05.04.2022-ci il tarixli, 2(056)-255/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Sabirabad rayonu Quruzma Bələdiyyəsi tərəfindən Həsənov Hilal Əlyusif oğluna qarşı zəbt olunmuş tikililərin (mal, qoyun tövlələri, çoban evi və anbar) cavabdehin hesabına sökülməsi barədə iddia qaldırılmış və həmin iddia təmin olunmuşdur”.
Sabirabad rayon məhkəməsinin 06.11.2023-cü il tarixli hökmü ilə Məmmədov Arif Məhəmməd oğlu 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. A,Məmmədov həmin məhkəmə Hökmündən apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi 25.12.2023-cü il tarixli Qərarı ilə məhkəmə iclasının audioyazısı olmadığına görə cinayət işi üzrə iş materiallarını Sabirabad Rayon Məhkəməsinə qaytarmışdır.
Sabirabad Rayon Məhkəməsi 13.02.2025-ci il tarixli 1(056)-2/
2025 nömrəli Hökmü ilə A.Məmmədovun əməlini “uzanan cinayət” (?) hesab etmiş və onun cinayət məsuliyyətinə cəlb edilməsi müddətinin ötmədiyi qənaətinə gəlmiş, mühəndis-texniki ekspertizasının 10/634 nömrəli, 28 yanvar 2025-ci il tarixli ekspert rəyini yanlış (?) hesab etmiş, onun 3 (üç) il müddətinə azadlığının məhdudlaşdırılması cəzasına məhkum edilməsini “qanuni və ədalətli” (?) saymışdır.
A.Məmmədov Sabirabad Rayon Məhkəməsi 13.02.2025-ci il tarixli 1(056)-2/2025 nömrəli Hökmündən də apellyasiya şikayəti vermişdir. Xahiş edir ki, təqsiri məhkəmə baxışı zamanı sübuta yetirilmədiyindən, onu Azərbaycan Respublikası adından təqsirsiz elan edərək, barəsində bəraət hökmü çıxarılsın.
Acınacaqlı hal budur ki, Arif Məmmədovun qardaşı Məmmədov Rafik Məhəmməd oğlu da eyni aqibəti yaşamış, lakin sonda haqsızlığa dözməyib ürəktutmasından dünyasını dəyişmişdir. Belə ki, Rafik Məmmədovu da Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilərək, 5 (beş) il müddətinə azadlığının məhdudlaşdırılması cəzasına məhkum edilib. Guya icarə əsasında istifadə etdiyi 10 ha örüş sahəsinə bitişik olan bələdiyyə mülkiyyətindəki 0.6 ha torpaq sahəsini zəbt edib. Halbuki, R.Məmmədov öz istifadəsində olan əkilmiş torpaq sahəsini qonşu kənd camaatının heyvanlarından qorumaq üçün ərazidə traktorla 100 metr uzunluqda kanal qazdırıbmış.
Göründüyü kimi, eyni bələdiyyənin 432 hektar və 70 hektar örüş sahəsini zəbt edən şəxslər mülki məsuliyyətə, 0.10 hektar və 0.62 hektar torpaq sahəsini zəbt etməsi ehtimal olunan şəxslər isə cinayət məsuliyyətinə cəlb edilir.
Mövzuya qayıdacağıq.

Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
SABİRABAD RAYON VƏ ŞİRVAN APELLYASİYA MƏHKƏMƏLƏRİNDƏ RƏZALƏT
SABİRABAD RAYON VƏ ŞİRVAN APELLYASİYA MƏHKƏMƏLƏRİNDƏ RƏZALƏT
SABİRABAD RAYON VƏ ŞİRVAN APELLYASİYA MƏHKƏMƏLƏRİNDƏ RƏZALƏT
SABİRABAD RAYON VƏ ŞİRVAN APELLYASİYA MƏHKƏMƏLƏRİNDƏ RƏZALƏT
Şirvanda xeyriyyəçilik ənənələri qorunur.
Şirvanda xeyriyyəçilik ənənələri qorunur.
“Korrupsiya və Qanun” qəzeti Şirvan Reabilitasiya Mərkəzi ilə müqəddəs bayramlar ərəfəsində xeyirxah təşəbbüsə imza atdı.
“Korrupsiya və Qanun” qəzeti Şirvan Reabilitasiya Mərkəzi ilə müqəddəs bayramlar ərəfəsində xeyirxah təşəbbüsə imza atdı.
Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət etdi
Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət etdi
Yalan diaqnoz qoyan həkimlər barədə yoxlamalar BAŞLADI - Vəzifəli şəxslər istintaqa cəlb olundular
Yalan diaqnoz qoyan həkimlər barədə yoxlamalar BAŞLADI - Vəzifəli şəxslər istintaqa cəlb olundular
Azərbaycanda məktəbli intihar edib
Azərbaycanda məktəbli intihar edib
Yel, nəfəs – ruh və yaradıcı İnsan
Yel, nəfəs – ruh və yaradıcı İnsan