Azərbaycan İdeyası

Dollar kəskin UCUZLAŞDI

Tarix:5-04-2025, 10:36
Baxış Sayı:109



ABŞ prezidenti Donald Tramp hesab edir ki, yeni gömrük rüsumlarının tətbiqi ölkə iqtisadiyyatına 6-7 trilyon dollarlıq investisiya axınına səbəb olacaq.

Xarici agentliklərə istinadən xəbər veririk ki, prezidentə görə, tariflər nəticəsində Amerika fond bazarında əsas kotirovkalar da gələcəkdə artım göstərəcək.

Floridaya uçmazdan əvvəl tariflərin ABŞ fond bazarına təsirindən danışan Tramp "hesab edirəm ki, hər şey çox yaxşı gedir" deyib. O, jurnalistləri əmin edib ki, "bazarlar çiçəklənəcək. Ölkə sürətli inkişaf yaşayacaq”.

Qeyd edək ki, Trampın rüsum qərarı açıqlanandan ötən 24 saat ərzində Amerikanın texnologiya nəhəngləri 2 trilyon dollar itiriblər. Onların yanvardan bəri itkiləri 7 trilyon dolları keçib. Qərarın açıqlandığı gün ABŞ fond bazarında ticarət əsas kotirovkaların azalması başlayıb. Azalma 2,9-4,6 faiz təşkil edib.

Həmçinin ABŞ dolları 6 valyutalı səbətə qarşı 1.5 faiz, ayrıca avroya qarşı 2.26 faiz(1 dollar = 1.11 avro) dəyərsizləşib.

Qeyd olunur ki, dollar son iki ildən çox müddətdə ən böyük günlük itkisini yaşayıb. Makro treyderlər Trampın ticarət tərəfdaşlarına qarşı tarifləri açıqlamasının ardınca ABŞ dollarını kütləvi şəkildə satırlar.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı