Azərbaycan İdeyası

“Sizinlə danışan bank işçisidir” - Fırııdaqçılar daha çox mesaj, səsli və görüntülü zənglərlə...

Tarix:22-04-2025, 18:16
Baxış Sayı:120



Son illər texnologiyanın inkişafı ilə kibertəhlükələr də fərqli istiqamət alıb. Əvvəlki illərdə sistemlərə müdaxilə və məlumatların oğurlanması daha çox texniki bilik tələb edirdisə, indi hədəfdə texnologiya deyil, insanların özüdür.

Son günlər sosial şəbəkələrdə də insanların belə aldadıldığını gösətərən statuslar artıb.

Sosial şəbəkə istifadəçilərindən biri yazır:

“Tanımadığım nömrədən zəng gəldi. Açanda görüntülü zəng olduğunu gördüm. Qarşı tərəfdə özünü bank əməkdaşı kimi təqdim edən birisi vardı. İnanmağım üçün adımı, soyadımı və doğum tariximi də dedi. Sonra bank kartıma aid bəzi məlumatları yoxlamalı olduğunu söylədi. Şübhələnmədim, çünki çox inandırıcı danışırdı”.

Mövzu ilə bağlı açıqlama verən informasiya təhlükəsizliyi üzrə ekspert Elvin Abbasov bildirib ki, klassik kiberhücumlar artıq yerini sosial mühəndisliyə verib - yəni insanın psixoloji olaraq manipulyasiya edilməsi üsullarına:

"Kiberdələduzlar yüksək səviyyədə hazırlıqlı və inandırıcı şəkildə davranırlar: istər videozəng, istər səsli mesaj, istərsə də bank işçisi kimi təqdim olunaraq insanları aldatmağa çalışırlar. Bu hücumlarda texniki bilikdən çox, aldatma və inandırma bacarıqları ön plandadır".

Onun sözlərinə görə, fırıldaqçılar daha çox zəng, mesaj və görüntülü zənglərlə insan psixologiyasını hədəf alaraq təşviş və təzyiq yaradırlar:

"Kart parolumu deməmişəm, problem olmaz" düşüncəsi təhlükəlidir. Çünki kartın üzərindəki 16 rəqəmli nömrə, son istifadə tarixi və arxa tərəfdəki CVV kodu ilə bir çox platformada onlayn ödəniş aparmaq mümkündür – xüsusilə də parol tələb etməyən bəzi xarici saytlarda və kriptovalyuta birjalarında. Bu səbəbdən, yalnız parolu deyil, bütün kart məlumatlarını qorumaq vacibdir".



Elvin Abbasov: Ən doğru addım danışığı dərhal sonlandırmaq və bankın rəsmi kanalları ilə əlaqə saxlamaqdır

Mütəxəssis qeyd edib ki, heç bir bank əməkdaşı və ya dövlət qurumu kart məlumatlarınızı zənglə, mesajla və ya video vasitəsilə istəmir:

"Əgər sizdən bu cür məlumat tələb olunursa, bu, kiberdələduzluq cəhdidir. Ən doğru addım danışığı dərhal sonlandırmaq və bankın rəsmi kanalları ilə əlaqə saxlamaqdır. Məlumat təhlükəsizliyi üçün ayıq və diqqətli olmaq hər bir vətəndaşın məsuliyyətidir".

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı