Azərbaycan İdeyası

Bank kartlarından pullar belə oğurlanır – Üç məqam

Tarix:28-04-2025, 16:34
Baxış Sayı:109



Azərbaycanda bank kartlarından oğurluq hadisələri bir sıra məsələləri gündəmə gətirib. Xüsusilə son dələduzluq hadisələrindən bəlli olub ki, əksər vətəndaşlar kartlarında külli miqdarda pul saxlayırlar. Nəticədə, kimisi 5-6 min manat, kimisi 10-15 min manatlıq itkiyə məruz qalır.

Bank kartlarında çox pul saxlamaq düzgündürmü? Bunun hansısa iqtisadi fəsadları ola bilərmi?

"Korrupsiya-q.az"-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, vətəndaşların bank kartlarında hansı məbləğdə vəsait saxlamaqları öz istəklərindən asılıdır:

“Yəni belə bir qayda yoxdur ki, vətəndaş əməkhaqqı yaxud pensiya, digər sosial müavinət kartında filan rəqəmdən yuxarı məbləğdə vəsait saxlayarsa, bu, onun oğurlanması üçün zəmanət yaradır. Ümumiyyətlə, normal bank xidməti olan yerdə bunlar olmamalıdır. Əgər vətəndaşın kartından pul oğurlanırsa, bu, həmin kartda vəsaitin çox və ya az olmasından irəli gəlmir. Həmin kartın təhlükəsiz xarakter daşımasından qaynaqlanır. Buna cavabdeh olan tərəf isə kart üzrə xidmət göstərən müvafiq instansiyalardır”.


Perviz Heydərov.


İqtisadçı bildirib ki, şəxs ehtiyatsızlıq ucbatından kartın məlumatlarını kənar şəxslərə verir və nəticədə belə hadisələr yaşanır:

“Son vaxtlar qeydə alınan statistikaya əsasən, bu qədər oğurluq hadisələrinin baş verməsi normal deyil. Bu, təkcə vətəndaşların ehtiyatsızlığına görə olmur. Burada bilavasitə bankların məsuliyyətsizliyinin də rolu var. Hətta hesab edirəm ki, hər gün kartlardan külli miqdarda vəsaitlərin oğurlanmasında, müəyyən bankların əməkdaşları da iştirak edir”.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı