Azərbaycan İdeyası

Adam harada sərinləyər? - Hovuzla dəniz arasında sağlam seçim

Tarix:15-07-2025, 11:24
Baxış Sayı:106

Adam harada sərinləyər? - Hovuzla dəniz arasında sağlam seçim

Bir müddət küləkli hava şəraitindən yayın öz havasına qayıtması, yəni istilərin düşməsi insanların sərinləmək üçün dənizə, hovuza üz tutmasına səbəb olub. Heç şübhəsiz bu, uşaqdan böyüyə hər kəsin ən sevimli məşğuliyyətlərindəndir.

Dənizə gedənlərin sayı-hesabı bilinməsə də, hovuza üz tutanlar da az deyil. Hovuza üstünlük verənlər bunu daha çox təhlükəsizliklə ələqaləndirirlər. Dənizsevərlər isə hovuz suyunun xəstəlik mənbəyi olduğunu iddia edirlər.

Doğrudanmı hovuz suyu sağlamlıq üçün nə təhlükəlidir?

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla açıqlamasında bildirib ki, təbii və süni su hövzələri, o cümlədən hovuzlar üçün ən sağlam variant axar suyun olmasıdır.


Adil Qeybulla

Onun sözlərinə görə, əgər drenaj sistemi mövcuddursa və su daim təmizlənirsə, gigiyenik baxımdan ciddi problem yaranmır.

Hovuzlarda isə suyun mütəmadi olaraq xlorlandığını və drenaj vasitəsilə hər gün təzələndiyini deyən həkim qeyd edib ki, bu da mikrobların və digər çirkləndirici maddələrin hovuzda qalmasının qarşısını alır.

“Əks halda, su uzun müddət dayanıqlı qaldıqda və təmizlənmədikdə gigiyenik risklər artır. Amma hovuzda təmizlik və sanitariya qaydalarına düzgün riayət olunursa, su vaxtında dəyişdirilirsə, təhlükə demək olar ki, yaranmır”,- deyə Adil Qeybulla söyləyib.

Amma onu da vurğumaq yerinə düşər ki, dəniz suyunun faydalarını saymaqla bitməz. İnsan orqanizminin sağlamlığı üçün bir çox faydaları özündə cəmləşdirən dəniz suyu immunitet sistemini gücləndirir, dəini canlandırır, yuxunu tənzimləyir və stresi azaldır, soyuqdəymə, qrip və yuxarı tənəffüs yolları xəstəliklərinin qarşısını alır, zehni təzələyir.

OXŞAR XƏBƏRLƏR
İsmayıllıda zəlzələ oldu
İsmayıllıda zəlzələ oldu
DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
Ramiz Mehdiyev 17 milyon manatı mənimsəyib
Ramiz Mehdiyev 17 milyon manatı mənimsəyib
Ramiz Mehdiyevin evindən görüntülər – FOTO
Ramiz Mehdiyevin evindən görüntülər – FOTO
Komitə sədri şəhid oğludur - FOTO
Komitə sədri şəhid oğludur - FOTO
Statistika Komitəsinin yeni sədri kimdir? - DOSYE
Statistika Komitəsinin yeni sədri kimdir? - DOSYE
İcra başçısı təyin edilən Tahir Budaqov kimdir? - BİOQRAFİYA
İcra başçısı təyin edilən Tahir Budaqov kimdir? - BİOQRAFİYA
Prezident Dövlət Statistika Komitəsinə sədr təyin etdi
Prezident Dövlət Statistika Komitəsinə sədr təyin etdi