Azərbaycan İdeyası

Xiyar suyunun 5 faydası - Bol vitamin və minerallar

Tarix:24-01-2019, 15:12
Baxış Sayı:437


 Xiyar suyunun 5 faydası - Bol vitamin və minerallar

Xiyar suyunun 5 faydası - Bol vitamin və minerallar
Orqanizm üçün suyun əhəmiyyəti çox böyükdür. Hər bir insan çəkisindən asılı olaraq gün ərzində 2 litrdən az olmayaraq, su qəbul etməlidir. Bu tələbatı adi su ilə deyil, xiyar suyu ilə ödəsəniz əlavə bir çox faydalarından yaralana bilərsiniz.

Medicina.az sizə xiyar suyunu faydalarını təqdim edir:

1) Əzələləri sağlam saxlayır

Xiyarın tərkibində olan kremnezema maddəsi sayəsində birləşdirici toxumalar sağlam qalır. Bir neçə dilim xiyarı bir butulka suya tökün. Bu su əsasən də idman ilə məşğul olan insanlar üçün çox faydalıdır.

2) Dəri üçün faydalıdır

Kremnezema maddəsindən əlavə xiyarın tərkibində dərinin elastikliyini qoruyan antioksidantlar da mövcuddur. Əgər üzünüzdə sızanaq varsa, o zaman üzünüzü soyuq suda saxlanmış xiyar dilimi ilə maska edə bilərsiniz. Həmçinin üzünüzü xiyarlı su ilə də yuya bilərsiniz.

3) Orqanizmi təmizləyir

Xiyar suyu detoks funksiyasını yerinə yetirir. Bu suyun mütəmadi istifadəsi orqanizmdən toksinlərin təmizlənməsində çox faydalıdır.

4) Orqanizmi nəmləndirir

İsti günlərdə orqanizmin temperaturunun normada qalması üçün xiyar suyu ən yaxşı vasitədir.

5) Vitamin və minerallarla zəngindir

Xiyar suyu insan orqanizminin gün boyu tələb etdiyi vitamin və minerallarla təmin edir. Əgər xiyar suyuna əlavə olaraq digər meyvə və tərəvəzlər də daxil edilərsə o zaman daha bol vitaminli bir içki əldə etmək mümkündür.

Hazırlanması:

Xiyar suyunu hazırlamaq çox asandır. Sadəcə olaraq bir neçə dilim xiyarı suya atın. Həmin suya buz və limon dilimi də əlavə etmək mümkündür.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı