Azərbaycan İdeyası

Cari ildə qeyri-neft-qaz sektorunda 3.1 faiz artım qeydə alınıb

Tarix:14-11-2025, 14:53
Baxış Sayı:97

Cari ildə qeyri-neft-qaz sektorunda 3.1 faiz artım qeydə alınıb

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda ümumdaxili məhsul (ÜDM) istehsalı 106 milyard 435.4 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.3 faiz çoxdur.
Dövlət Statistika Komitəsinə istinadən xəbər veririk ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2.1 faiz azalarkən, qeyri-neft-qaz sektorunda 3.1 faiz artım qeydə alınıb.

ÜDM-in istehsalında sahələrin payı aşağıdakı kimidir: sənaye - 34%, ticarət və nəqliyyat vasitələrinin təmiri - 10.5%, nəqliyyat və anbar təsərrüfatı - 7.1%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq - 6.7%, tikinti - 6.5%, turistlərin yerləşdirilməsi və ictimai iaşə - 2.7%, informasiya və rabitə sahələri - 1.9%, digər sahələr - 20.9%. Məhsula və idxala xalis vergilər ÜDM-in 9.7 faizini təşkil edib.

Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM 10 min 392.6 manat olub.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı