Azərbaycan İdeyası

Xaricdə təhsil almış daha bir məzun nostrifikasiya dələduzluğuna məruz qalıb+FOTO.

Tarix:18-12-2025, 14:55
Baxış Sayı:152

Xaricdə təhsil almış daha bir məzun nostrifikasiya dələduzluğuna məruz qalıb+FOTO.

Xarici diplomların Azərbaycanda tanınmaması problemi təhsil və əmək bazarının kəsişmə nöqtəsində ciddi problemlərdən biri kimi qarşımıza çıxır. Bu problem, əsasən, tədrisin keyfiyyət standartları, tələbələrin təhsil müddətində həmin ölkədə fiziki iştirak etməməsi və ya universitetlərin akkreditasiyasının olmaması ilə bağlı yaranır. Xarici diplomların tanınmaması problemi həm tələbələr, həm də ölkə üçün bir sıra mənfi nəticələr doğurur. İlk növbədə, gənclərin iş bazarına inteqrasiyası çətinləşir, çünki bir çox işəgötürən yalnız rəsmi olaraq tanınmış diplomları qəbul edir. Bu vəziyyət, eyni zamanda, tələbələrin vaxt və maliyyə baxımından sərf etdikləri resursların effektivliyini azaldır. Statistik göstəricilərə görə, xaricdə təhsil alan tələbələrin təxminən 30%-i diplomlarının tanınmaması problemi ilə üzləşir, bu isə onların əmək bazarında rəqabət qabiliyyətinə mənfi təsir edir.
Müşahidələr göstərir ki, Azərbaycanda xarici diplomların tanınması məsələsində kimlərəsə nəyinsə müqabilində istisna olunur. Çünki cəmiyyət arasında bu məsələni alver predmetinə çevirən möhtəkirlər vardır.
Lənkəran şəhəri N.Nərimanov küçəsi 123 ünvanda qeydiyyatda olan, Xəzər rayonu Binə qəsəbəsi Quşçuluq massivi ünvanında yaşayan Cəbiyev Həsənağa Nəhməd oğlu 13.11.2025-ci il tarixli ərizə ilə “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək, dələduzluq cinayətinə məruz qaldığını, aldadılaraq maddi ziyana düşdüyünü, hüquq-mühafizə orqanının məsələ ilə bağlı effektiv tədbir görmədiyini bildirmişdir.
Cəbiyev yazır ki, 2025-ci ilin aprel ayında dostu, şəhid atası (şəhid Larisa Məmmədova) Məmmədov Fərman Hüseyn oğlu ilə onun tanışı, özünü Elm və Təhsil Nazirliyinin işçisi kimi təqdim edən Məmmədov Mehman Zaman oğluna diplom təsdiqi üçün 4.000 (dörd min) AZN pul veriblər: “O,bizə bildirdi ki, mən sizə bu diplomu qısa müddət ərzində təsdiq etdirib verəcəyəm. Lakin buna baxmayaraq, bir müddət sonra biz bildik ki, Mehman bizi aldadır. Sonra biz məcburiyyət qarşısında qalaraq Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edib məlumat verdik. “Qaynar xətt”dən bizi Yasamal Rayon Polis İdarəsinin 26 saylı Polis Şöbəsinə yönləndirdilər. Bir neçə dəfə biz Polis Bölməsinə müraciət etsək də, heç bir nəticəsi yoxdur.”
Vətəndaş Cəbiyev qeyd etdiyi faktların ictimailəşdirilməsini və aidiyyəti orqanların diqqətinə çatdırılmasını redaksiyadan xahiş edir.
Hüquq-mühafizə orqanları bu məsələyə tək bir zərərçəkənlə bir dələduzun tarixçəsi kimi yanaşmalı deyil, dələduzların əhatə dairəsini müəyyənləşdirməli, başqa vətəndaşların da tora düşməsinin qarşısını almaq prizmasından yanaşmalıdırlar. Təxmin etmək olar ki, adı çəkilən Məmmədov Mehman Zaman oğlu daha əvvəl başqa vətəndaşlardan aldığı rüşvət müqabilində cinayət ortaqları ilə bu cür işlər çevirib, bu dəfə isə ya Nazirlikdə nəzarətin güclənməsi, ya da özünün artılqtamahlığı ucbatından iş alınmayıb.



Fərman Məmmədov-şəhid Larisa Məmmədovanın atası

Təhsil adı ilə məmmədov Mehman Zaman oğlu və dostu Elxan adslı şəxslə Məmmədov Fərmandan C.Həsənağanın iştirakı ilə onlara 4.000 AZN məbləğində pul verilmişdir.məbləğin 1 il ərzində verilməsinə baxmayaraq M.Mehman F.Məmmədova hər gün yalan vədlıər verərək "pulu qaytaracağam deyərək" pulu qaytarmır.Bunun nəticəsində F.Məmmədovun səhhətində problemlər yaranmış,vəziyyəti ağırdır. Bununla bağlı Yasamal Rayon Poliş İdarəsinin 26-cı PB-nə müraciət olunmuşdur,lakin işin nəticəsi yoxdur.

Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycanda polkovnik qəfil öldü
Azərbaycanda polkovnik qəfil öldü
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
Bakıda futbol meydançasında meyit tapıldı
Bakıda futbol meydançasında meyit tapıldı
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ