Azərbaycan İdeyası

Kriştianu Ronaldu tarix yazmaqda davam edir

Tarix:8-05-2026, 15:30
Baxış Sayı:4

Kriştianu Ronaldu tarix yazmaqda davam edir
"Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatının 33-cü turu çərçivəsində "Əş-Şəbab"a qarşı keçirilən və 4:2 hesabı ilə yekunlaşan matçda növbəti dəfə fərqlənib. O, görüşün 75-ci dəqiqəsində Sadio Manenin məhsuldar ötürməsini qola çevirərək komandasının qələbəsinə öz töhfəsini verib.
Bu, 41 yaşlı portuqaliyalı futbolçunun Səudiyyə Ərəbistanı çempionatında vurduğu 100-cü qol kimi qeydə alınıb.

Bu göstəriciyə nail olmaq üçün ona cəmi 105 oyun lazım gəlib.

Pro-Liqanın cari mövsümündə yüksək məhsuldarlıq nümayiş etdirən oyunçu, meydana çıxdığı 28 qarşılaşmada 26 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Əş-Şəbab"ın qapısından keçirilən bu top Ronaldunun bütün karyerası ərzində vurduğu 971-ci qol olub. Belə ki, o, klub səviyyəsində keçirdiyi 1088 matçda 828 dəfə, Portuqaliya milli komandasının heyətində oynadığı 226 görüşdə isə 143 dəfə rəqib qapılarına yol tapıb. Karyerasında 1000-ci qol həddinə çatmaq üçün idmançının cəmi 29 dəfə fərqlənməsi kifayətdir.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Səudiyyə Ərəbistanının kralını təbrik edib
İlham Əliyev Səudiyyə Ərəbistanının kralını təbrik edib
Harri anası Diana haqqında film çəkmək istəyir: Kral ailəsində gərginlik yarana bilər
Harri anası Diana haqqında film çəkmək istəyir: Kral ailəsində gərginlik yarana bilər
Futbol millimiz Tacikistan yığması ilə qarşı-qarşıya
Futbol millimiz Tacikistan yığması ilə qarşı-qarşıya
Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub
Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub
Mbappe xəyalındakı şam yeməyinin qonaqlarını açıqladı: Ronaldo, Rihanna və...
Mbappe xəyalındakı şam yeməyinin qonaqlarını açıqladı: Ronaldo, Rihanna və...
Donald Tramp: "Dostum Ərdoğan sərt adamdır"
Donald Tramp: "Dostum Ərdoğan sərt adamdır"
Azərbaycanla Banqladeş arasında vacib saziş imzalandı
Azərbaycanla Banqladeş arasında vacib saziş imzalandı
Macarıstanda sabiq nazir dövlət büdcəsinə milyonlarla avro zərər vurmaqda şübhəli bilinir
Macarıstanda sabiq nazir dövlət büdcəsinə milyonlarla avro zərər vurmaqda şübhəli bilinir