Azərbaycan İdeyası

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq kəsildi

Tarix:3-07-2026, 09:41
Baxış Sayı:5


Paytaxtın Badamdar qəsəbəsi İqor Ağayev küçəsi, 20-ci sahə yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, iyulun 3-də Səbail Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində iməcilik işləri aparılacaq.

Bununla əlaqədar saat 09:00-dan 12:00-dək Badamdar qəsəbəsi İqor Ağayev küçəsi, 20-ci sahə yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmin tarixdə və saatlarda Zirə Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan Pirallahı qəsəbəsində Transformator Məntəqəsində (TM) iməcilik işləri icra olunacaq. Planlı fasilə qəsəbədə 2, 6, 8, 10, 12, 14, 16, 22 və 24 nömrəli yaşayış binalarını, Kamil Rzayev küçəsindəki, həmçinin Pirallahı Tibb Mərkəzi və onun əhatəsində yerləşən fərdi yaşayış evlərini əhatə edəcək.

Həmçinin 3 iyul tarixində Nizami RETSİ ərazisindəki TM-də həyata keçiriləcək təmir-təftiş işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin bəzi yerləri gərginliksiz qalacaq.

Xətai RETSİ ərazisində bir sıra 6 kV-luq hava xətləri üzrə elektrik naqilləri yenilənəcək. Aparılan yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Polad Həşimov və Zeytun küçələrində enerjinin verilişində fasilə olacaq.

Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı