Azərbaycan İdeyası

“Aprel ayında islahatlara start verilə bilər” - PROQNOZ

Tarix:16-02-2017, 14:23
Baxış Sayı:567

Mehman Əliyev: “Bu baş verərəsə, cəmiyyətdə də gələcəklə bağlı ümid yaranacaq”“Aprel ayında islahatlara start verilə bilər” - PROQNOZ
Bunu Moderator.az-a açıqlamasında “Turan” İnformasiya Agentliyinin rəhbəri, media eksperti Mehman Əliyev bildirib. Onun sözlərinə görə, islahatlara start verilməsi insanlara gələcəklə bağlı ümid və ruh verəcək:
“İlham Əliyev özü də bir müddət əvvəl bildirmişdi ki, altı aydan sonra islahatlarla bağlı müəyyən addımlar atılacaq. Bu isə hardasa aprel ayına düşür. Əgər doğrudan da aprel ayında islahatlar başlasa, bu, cəmiyyətə müəyyən ümid verəcək. Insanlar vəziyyətin müsbətə doğru dəyişəcəyinə ümid etməyə başlayacaqlar. Lakin əsas olan bir məsələ var. Apreldə başlanması ehtimal olunan islahatlar iqtisadiyyatın dirçəlməsinə gətirib çıxardacaqmı? Başlıca məsələ budur. Onu da unutmaq olmaz ki, islahatlar baş verməzsə, o zaman inqilabi vəziyyətə gətirib çıxarması qaçılmaz olacaq”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı