Azərbaycan İdeyası

Ermənilərin yaraladığı qadının müalicəsi davam etdirilir

Tarix:12-07-2017, 13:38
Baxış Sayı:461

 Ermənilərin yaraladığı qadının müalicəsi davam etdirilir

“Ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində qəlpə yarası alan Quliyeva Sərvinaz İltifat qızının müalicəsi davam edir”.
Bunu “Report”a Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov deyib.
O bildirib ki, iyul ayının 4-də hərbi hospitala çatdırılaraq əməliyyata götürülən 1965-ci il təvəllüdlü S.Quliyevanın səhhəti hazırda stabildir: “O, Füzuli Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan Horadiz Şəhər Xəstəxanasındadır. Yaralı xəstəxananın cərrahiyyə şöbəsindədir və müalicəsi davam edir. Sərvinaz Quliyevanın səhhəti daim diqqətimizdədir”.
Həkimin sözlərinə görə, xəstənin evə buraxılması ilə bağlı konkret vaxt demək olmaz: “Qəlpə yarası travmatik yara olduğu üçün, zədələrlə bərabər toxumalar əzilir. Yaralının həm zədələri var, həm də toxumalar əzilib, ona görə də, ağrıları olur və həkim nəzarəti altında olması şərtdir. Bu səbəbdən də Sərvinaz Quliyevanın müalicəsi xəstəxana şəraitində davam edir”.
Qeyd edək ki, iyun ayının 4-də Ermənistan tərəfinin təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı