Azərbaycan İdeyası

Elnur Nağızadə Məleykə Abbaszadə haqda hansı sensasiyalı faktlar açıqlayacaq?

Tarix:26-07-2017, 12:33
Baxış Sayı:551

 Elnur Nağızadə Məleykə Abbaszadə haqda hansı sensasiyalı faktlar açıqlayacaq?

Ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək, külli miqdarda vəsaitini ələ keçirdiyinə görə barəsində cinayət işi başlanan keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xaricdə gizlənən sabiq mətbuat katibi Elnur Nağızadə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadəyə hədə ismarıcı göndərib. Modern.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya Dövlət İmtahan Mərkəzindəki mənbələrdən məlumat daxil olub. Qaynağın məlumatına görə, Elnur Nağızadə ali məktəblərə qəbul adı ilə aldığı pulları təkbaşına mənimsəmədiyini iddia edib.
Qeyd edək ki, ölkə gündəmində böyük rezonansa səbəb olan bu olaydan sonra keçmiş TQDK rəhbərliyi Nağızadəyə bir müddət səbr etməyi tövsiyyə etsə də ancaq nəticə vəd edildiyi kimi olmayıb. Artıq xaricdə gizlənməyin çətinliklərini yaşayan sabiq mətbuat katibinin Məleykə Abbaszadəni ultimatumla hədələdiyi deyilir.
O, barəsində cinayət işinin ləğv olunması və təhlükəsiz şəkildə ölkəyə dönüşünün təmin olunmasını tələb edir. Əks təqdirdə, tələbə qəbulunda baş verən rüşvət faktlarının üstünü açacağını bəyan edib.
Məlumatda qeyd olunur ki, Elnur Nağızadənin açıqlayacağı faktlar arasında yüksək vəzifəli məmurların övladlarının hansı qiymətlərə və neçə balla ali məktəblərə qəbulu ilə bağlı məqamlar da var.
Qaynaq Elnur Nağızadənin ona hər zaman etimad göstərən rəhbərinə qarşı çıxmasının bir səbəbini də artıq DİM sədrinin hakimiyyətdəki mövqelərinin zəifləməsi ilə əlaqələndirib. Belə ki, Prezident Admnistrasiyası Humanitar məsələlər şöbəsinin sabiq sədri Fatma Abdullazadənin “vurulmasından” sonra DİM sədri himayəsiz qalıb.
Məleykə Abbaszadənin onu ölkəyə problemsiz gətirəcəyinə dair ümidləri ölən Elnur Nağızadə isə artıq reallığı dərk etdiyindən çıxış yolunu sabiq şefini ifşa etməkdə görür.
Odur ki, keçmiş TQDK-da baş verənlərlə bağlı sensasion açıqlamarı gözləyin…

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı