Azərbaycan İdeyası

"Aprel döyüşləri zamanı atəşkəsin elan edilməsinin səbəbi..." - MN-dən Ermənistana cavab

Tarix:18-08-2017, 18:26
Baxış Sayı:7 492

  "Aprel döyüşləri zamanı atəşkəsin elan edilməsinin səbəbi..." - MN-dən Ermənistana cavab
Son günlər Ermənistan Müdafiə Nazirliyinin nəzarətində olan saytlarda Azərbaycan Ordusu haqqında daxili auditoriyaya hesablanmış yalan və saxta məlumatlar yayılmaqdadır. "OLAYLAR"-ın xəbərinə görə. bu barədə məlumat yayan Müdafiə Nazirliyi bəyan edir ki, Ermənistan tərəfi bu cür dezinformasiyaları yaymaqla özünü guya Azərbaycan Silahlı Qüvvələri barədə məlumatlı göstərməyə çalışır. Əslində isə nümayiş etdirilən "məxfi məlumatlarla dolu məktublar" o dərəcədə bisavad və səriştəsiz hazırlanır ki, onların əvvəldən axıradək saxta olduğu heç bir şübhə doğurmur. Bütün bunlar erməni xüsusi xidmət orqanları və "əks-təbliğat mütəxəssisləri" tərəfindən qeyri-peşəkar səviyyədə, tələm-tələsik uydurularaq, səliqəsiz düzülüb-qoşulmuş kağız parçasıdır.Son yayılan məktubdakı saxtakarlıq və səhvlər isə daha tez diqqəti cəlb edir. Qeyd edək ki, Baş Qərargah rəisi müntəzəm olaraq Ordudakı vəziyyət haqqında Müdafiə nazirinə şifahi məruzələr etdiyindən xidməti məsələlərlə bağlı Ermənistan mətbuatının təqdim etdiyi formada yazılı müraciətlərə zərurət qalmır. Çoxlu qrammatik səhvlər və yazılış üslubundakı uyğunsuzluqlarla hazırlanmış bu məktubun Müdafiə Nazirliyində mövcud olan daxili yazışmalara və kargüzarlığa azacıq da olsa uyğunluğu yoxdur. İstər mövcud olmayan simvolikalı rəsmi blank, istərsə də orada olan imzalar saxtalaşdırılıb, həmin sənədlərdə göstərilən tarixlər, rəqəmlər, yer və adlar da tamamilə uydurmadır.
Açıqlamada qeyd edilir ki, məktubda göstərilən məqamlardan biri də 2016-cı ilin aprel döyüşlərindəki itkilər barədə məlumatların ağlasığmaz dərəcədə şişirdilməsi və bilərəkdən qat-qat çox göstərilməsidir: "Bütün ölkə mətbuatı və ictimaiyyət həmin dövrdə şəhidlərin dəfn mərasimlərində iştirak edib, hər kəs bu proseslərin nə qədər yüksək səviyyədə və təntənəli təşkil olunduğunu izləyib, Ali Baş Komandanın Ordumuza yüksək qiymət verməsinin və qəhrəmanlarımızın mükafatlandırmasının şahidi olub. Odur ki, üstündən bu qədər vaxt keçdikdən sonra Ermənistan mətbuatının guya itkilərin gizlədilməsi barədə məlumatlar tirajlaması blefdən başqa bir şey deyil və heç bir etik normalara sığmır. Texniki tərəqqinin hazırkı inkişaf mərhələsində itkilərin əhalidən gizlədilməsi də qeyri-mümkündür. Aprel döyüşləri zamanı itkilərin sayı barədə göstərilən rəqəmlər əslində Ermənistanın öz itkilərinin sayıdır və onlar hələ də ictimaiyyətə bu barədə düzgün məlumat verməyiblər. Cəbhədəki döyüşdə uğur qazana bilməyən Ermənistan bu gün mətbuat, virtual məkan və kağız üzərində savaş açmaqla, hətta Azərbaycan Ordusunda heç zaman xidmət etməyən, sosial şəbəkələrdə saxta İP ilə qeydiyyatdan keçərək və azərbaycanlı bloqer adı altında "döyüşərək" qismən də olsa uğursuzluqlarının əvəzini çıxmağa çalışır.
Müdafiə Nazirliyi bildirir ki, yayılan məlumatlar və sənədlər tamamən saxtadır, uydurmadır, Azərbaycan mətbuatı tərəfindən yayılması, sosial şəbəkələrdə müzakirəsi qətiyyən yolverilməzdir. Yayılan dezinformasiya xarakterli məlumatlar düşmən maraqlarına xidmət etdiyindən bu kimi təbliğata uymamağa çağırırıq"

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens

Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur