Azərbaycan İdeyası

Eldar Mahmudovun əmisi oğlu azadlığa buraxıldı

Tarix:28-08-2017, 12:22
Baxış Sayı:779


 Eldar Mahmudovun əmisi oğlu azadlığa buraxıldı
Nəsimi Rayon Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Azərtürkbank ASC-nin Bakı filialının sabiq müdiri İlham Mahmudovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, İ.Mahmudov 1 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin 1000 manat cərimə olunub.
Məhkəmə İ.Mahmudova təyin edilmiş cəzanın həbsdə yatdığı günlə hesablayıb və bu səbəbdən o, məhkəmə zalından azadlıağa buraxılıb.
Hökmdən prokurorluq apellyasiya protesti verərək, onun barəsində təyin edilən hökmün ləğv edilməsini, onu daha ağır cəza ilə cəzalandırılmasını və həbs edilməsini tələb edib.
İ.Mahmudovun müdafiəçisi də apellyasiya şikayəti verib. Müdafiəçi barəsində olan hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını istəyib.
Tərəflərin şikayətləri araşdırılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. İşə yaxın günlərdə baxılacaq.
Qeyd edək ki, ittiham aktına əsasən, İlham Mahmudov 2015-ci ilin mart ayının 3-dən etibarən Bakı şəhərində “Azərtürkbank” ASC-nin Bakı filialının müdiri vəzifəsində işləyərkən vəzifə saxtakarlığı edib. O, vəzifəsindən sui-istifadə edərək, qardaşının həyat yoldaşı Nuranə Mahmudovanın adına depozit hesabları açıb, həmin hesablara 5 əmanət müqaviləsi üzrə ümumilikdə 103 min manatın köçürüb.
Bundan başqa, o, qardaşı İlqar Mahmudovun adına 10 min ABŞ dollar, onun həyat yoldaşı Fatma Mahmudovanın adına illik 2 faiz ödənməklə 45 min avro pul vəsaitlərinin depozit hesablarına qoyulub.
Daha sonra İlham Mahmudov 2015-ci ilin iyulun 16-da həyat yoldaşı Kəmalə Mahmudovaya cari hesab açaraq 1100 manatın mədaxil olunmasını təşkil edib. İlham Mahmudov etibarnamələr əsasında həmin hesablar üzrə əməliyyatları idarə edib.
Həmçinin İlham Mahmudov 4 noyabr 2015-ci ildə qardaşı Vüqar Mahmudovun sürücüsü Nicat Məmmədovun istifadə etdiyi “Kapitalbank” ASC-yə aid plastik bank kartını dəyişmək adı ilə aldadıb və işlədiyi filiala dəvət edib. Onun etibarından istifadə etməklə Nicat Məmmədova hər hansı məlumat vermədən adına bank hesabı açıb. Bu hesabı açandan sonra o, Nicat Məmmədovun xəbəri olmadan rəhbərlik etdiyi bank filialında qardaşı Vüqarın həyat yoldaşı Nuranə Mahmudovanın adına köçürülmüş 1 milyon 530 min ABŞ dollar məbləğində pul qanunsuz olaraq çıxarıb.
İlham Mahmudov 2015-ci ilin noyabrında məsuliyyətə cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Xatırladaq ki, təqsirləndirilən İlham Mahmudov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludur.(Axar.az)

OXŞAR XƏBƏRLƏR
14 dərəcəyədək şaxta var
14 dərəcəyədək şaxta var
Bu gün avtobuslar saat 21:30-dək işləyəcək
Bu gün avtobuslar saat 21:30-dək işləyəcək
Hazırda qar yağan rayonlar - FAKTİKİ HAVA
Hazırda qar yağan rayonlar - FAKTİKİ HAVA
Bakıya qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
Bakıya qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
İnzibati Xətalar Məcəlləsində dəyişiklik - Yeni cərimələr qüvvəyə mindi
İnzibati Xətalar Məcəlləsində dəyişiklik - Yeni cərimələr qüvvəyə mindi
"Bu hakerlərin ən çox istifadə etdiyi yoldur" - AÇIQLAMA
"Bu hakerlərin ən çox istifadə etdiyi yoldur" - AÇIQLAMA
Bu metroların adları dəyişdirilir - Seçim belə olacaq
Bu metroların adları dəyişdirilir - Seçim belə olacaq
Prezident Administrasiyasında hüquq-mühafizə orqanları tərəfindən baş vermiş cinayət faktlarını gizlətmək məqsədiylə illərlə davam edən süründürməçilik variantından istifadə edilməsi həmin cinayət hadisələrindən minlərlə zərərçəkən vətəndaşların günd
Prezident Administrasiyasında hüquq-mühafizə orqanları tərəfindən baş vermiş cinayət faktlarını gizlətmək məqsədiylə illərlə davam edən süründürməçilik variantından istifadə edilməsi həmin cinayət hadisələrindən minlərlə zərərçəkən vətəndaşların günd