Azərbaycan İdeyası

ATV-nin keçmiş prezidentindən sərt açıqlama

Tarix:28-09-2017, 16:58
Baxış Sayı:444



 ATV-nin keçmiş prezidentindən sərt açıqlama

Xəbər verdiyimiz kimi, ATV telekanalının prezidenti Vüqar Qaradağlı vəzifəsindən uzaqlaşdırılıb. Onunla bərabər kanalın bir neçə yüksək vəzifəli şəxsi işdən azad edilib. Sözügedən hadisə ölkənin əsas gündəmini zəbt edib və sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilib. Telekanalın keçmiş prezidenti olan Vüqar Qaradağlının əleyhinə müzakirələr açılıb.
Korrupsiya-q.az Oxu.Az-ın məlumatına görə, bildirir ki, yayılan xəbərlə bağlı bizimyol.info saytı ATV telekanalının keçmiş prezidenti Vüqar Qaradağlı ilə əlaqə saxlayıb. O, sayta açıqlamasında bir qədər sərt danışıb:
“Nə istəyirsiz, əl çəkin məndən. Mənim heç kimə pisliyim keçməyib. Kim nə yazır, nə danışır özü bilsin, Allahı bilsin. Məni narahat etməyin. Vəzifədən gedənin arxasınca danışarlar.”
Müxbirin işdən Turan İbrahimova və onun verilişinə görə uzaqlaşdırılmısınız sualına Vüqar Qaradağlı belə cavab verib:
“Mən ömürlük vəzifəmdə qalan deyildim ki, mən ATV kanalına gedəndə orda nə stat var idi, nə department. Bu istiqamətdə və telekanalın proqramlarının müsbət istiqamətə dəyişməsinə çalışdım.Kanalın texniki bazasını düzəltdim, ən müasir texnikalar alınıb. İşləmişəm, indi də təsisçilərin qərarı ilə işdən çıxmışam. Burda başqa heç nə axtarmaq lazım deyil. Mən ömür boyu harda işləmişəm, dövlətimə ləyaqətlə xidmət etmişəm”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı