Azərbaycan İdeyası

Azərsu” 200-dən çox obyekt, 2 mindən çox evin sökülməsini istəyir

Tarix:18-10-2017, 15:04
Baxış Sayı:550


 Azərsu” 200-dən çox obyekt, 2 mindən çox evin sökülməsini istəyir
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı və Abşeronda onlarla obyektin sökülməsi üçün yerli rayon məhkəmələrində iddia qaldırıb.
Korrupsiya-q.az xəbər verir ki, bu haqda Movqe.az-a müraciət edən sahibkarlar bildirib ki, "Azərsu" ASC-nin onlarla sahibkarın kommersiya obyektinin su-kanal xətlərinin mühafizə zolağında inşa edildiyi üçün məhkəməyə müraciət edib: "Həmin obyektlərin çoxunun dövlət qeydiyyatına alınması barədə çıxarışı, müvafiq sənədləri var. Buna baxmayaraq belə obyektlərin də sökülməsi üçün də iddia qaldırılıb. Artıq məhkəmələrdən sahibkarlara bildiriş gəlir”.

"Azərsu" ASC-nin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı faktı təsdiqləyib. O, onlarla sahibkarın obyektinin su-kanal xətlərinin mühafizə zolağında inşa edildiyini, buna görə də söküntüsü üçün məhkəməyə müraciət edildiyini bildirib: " "Azərsu" ASC-ə məxsus magistral su kəmərləri və ətraf daşıyıcı kanalizasiya kollektorları üzərində, eləcə də mühafizə zonasında xeyli sayda obyektlər və fərdi yaşayış evləri var. Bu bizim işimizi kifayət qədər çətinləşdirir. Sumqayıtda elə ərazi var ki, “Azərsu” ASC-nin kanalizasiya lüku obyektin içərisində qalıb. Əsasən Bakıda magistral su kəmərlərinin və kanalizasiya kollektorlarının mühafizə zolağında olan obyektlərin sökülməsi ilə bağlı məhkəmədə iddia qaldırılıb. Təkcə Bakıda 200-dən çox, Abşeronda 47 kommersiya obyekti, 2 mindən çox fərdi yaşayış evi magistral su kəmərlərinin və daşıyıcı kollektorların üzərində inşa edilib. Ümumi olaraq 200-dən çox kommersiya, 2 mindən çox fərdi yaşayış evi magistral su kəmərlərinin və daşıyıcı kollektorların üzərində tikilib. Hələki fərdi evlərin sökülməsi üçün məhkəməyə müraciət etməmişik. Hazırda "Azərsu" ASC əsasən işimizə daha çox mane olan obyektlərin sökülməsi iddiası ilə bağlı həmin kommersiya obyektlərinin yerləşdiyi ərazilər üzrə yerli rayon məhkəmələrində iddia qaldırıb”.

Anar Cəbrayıllı bildirib ki, bu sahibkarların narazılığına səbəb olsa da, “Azərsu” ASC qanuna müvafiq addım atıb: “Həmin kommersiya obyektləri dövlətin streteji su kəmərlərinin, daşıyıcı kollektorların üzərində inşa edilib. Sahibkar obyekt inşa edərkən bunu bilməliydi. Hardakı qanunun tələbi pozularaq bizim xətlərin mühafizə zonasında obyektlər inşa edilib və həmin obyektlər bizim işimizi çətinləşdirir, o kommersiya obyektlərinin sökülməsi üçün iddia qaldırılıb”.

O ki, qaldı sənədi olan kommersiya obyektlərinə kompensasiyanın verilib-verilməyəcəyinə, “Azərsu” rəsmisi bunu belə şərh edib: “Biz məhkəmə qarşısında lazımi tədbir görülməsi üçün iddia qaldırmışıq. Həmin obyektlərin sökülüb-sökülməyəcəyi məhkəmələrin verəcəyi qərardan asılıdır. Məhkəmə hansı qərarı verərsə, o qərar da icra olunacaq. Streteji su kəmərlərinin, daşıyıcı kollektorların üzərində inşa edilən obyektlərə tikinti icazəsi verilibsə, bu məsuliyyət artıq həmin sənədi verən qurumların üzərinə düşür. Bu barədə də məhkəmə hansı qərarı verərsə, o qərara müvafiq addım atılacaq”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı