Azərbaycan İdeyası

GÖZDƏN ƏLİL QADININ PULUNU ALIB "YOXA ÇIXDI"

Tarix:28-11-2017, 16:05
Baxış Sayı:629




Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava - 8 c ünvanında yaşayan Mehdiyeva Gülşahnaz Ağaşirəli qızı redaksiyamıza ərizə ilə müraciət edərək 2013-cü ildə onunla qonşuluqda kirayədə yaşayan Afət adı ilə tanıdığı Bəkirova Yeganə Mahmud qızının onun etimadından sui-istifadə edərək pulunu və zinət əşyalarını borc alıb qaytarmadığından şikayətlənmişdir.
"Bir neçə dəfə məndən xahiş edərək mənzilimə gələn sudan istifadə etdi. Tədricən özünü mənə yaxın rəfiqə kimi aparmağa başladı. Sanki bir gün belə mənsiz qala bilmirmiş kimi bizə gəlir, məni öz qaldığı evə dəvət edir, birlikdə çay işirdik. Fikirləşdim ki, nə yaxşı oldu, I qrup əliləm, həyat yoldaşım vəfat edib, oğlum hərbi xidmətdədir, mənim də belə bir insana, qulaq yoldaşına ehtiyacım var.
Beləliklə, Afətə - Yeganə Bəkirovaya çox inandım, bacı qədər ona etibar etdim. Bazara - dükana, müxtəlif işlərin dalınca gedərkən o mənim qolumdan tutdu... Və bir gün Yeganə ağlaya - ağlaya əlində Quran kitabı mənim yanıma gəldi və yalvarmağa başladı ki, ay Gülşahnaz, elə bil ölmüşəm, məni yerdən götür. Soruşdum nə olub? Dedi : "Ağır xəstəm var, əməliyyat olunacaq, nəyə imkanın varsa, mənə pul ver. Xəstəm sağalsın, narahat olma, 2014-cü ilin aprel - may ayına qədər Türkiyədən qohumum pul gətirəcək, qaytaracam".
Mənim də ürəyim yumşaldı. Fikirləşdim, bir halda ki, bir - birimizə "bacı" demişik, gərək kömək edim. Evimdə olan - qalan pulumu götürüb verdim Yeganəyə. Sonra bir dəfə də oğlunun hərbi biletinə görə pul lazım olduğunu dedi, onu da bacımdan alıb verdim. Başqa bir vaxt isə həyəcanlı vəziyyətdə yanıma gəlib dedi: "Onsuz da sənə borcum çoxdu. Qohumumgil qızı üçün kreditə mebel götürüblərmiş, indi pulu verə bilmədiklərinə görə mebeli yığıb aparıblar..." Qurana and içir, göz yaşı tökürdü. Sanki məni gipnoz etdi. Dedim ki, yalnız pensiyama gümanım gəlir, başqa pulum yoxdur. Dedi əgər qızılın varsa, bir həftəlik ver, gətirib qaytaracam.
Beləliklə, 2014-cü ilin mart ayına qədər ona inanıb aldanmışam. Bu insan mənim sadəlövhlüyümdən istifadə etdi. Sonra öyrəndim ki, qızıllarımı lombarda girov qoyub, yüksək məbləğdə pul götürüb, qızıllarım da orda batır..."


Korrupsiya və Qanun

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı