Azərbaycan İdeyası

""McDonalds" məhsullarının tərkibində zərərli maddələr aşkarlanıb" - Həkim xəbərdarlığı

Tarix:14-02-2018, 13:31
Baxış Sayı:469

  ""McDonalds" məhsullarının tərkibində zərərli maddələr aşkarlanıb" - Həkim xəbərdarlığı


Azərbaycan Tibb Universitetinin həkim-qastroenteroloqu Vüqar Rəsulov "Fastfood" hazırlayan "McDonalds" və "KFC"məhsullarının orqanizm üçün zərərli olduğunu bildirib.
Həkim müsahibəsində qeyd edib ki, Fastfood yeməkləri konkret olaraq zəhərdir, hətta mən deyərdim genetik silahdır. Hətta elə ailələr var ki, uşaqlarının şıltaqlığının ardınca gedərək, "McDonalds"da oturub çipsi yeməyi özlərinə istirahət sayırlar. Aydındır ki, o dəyərdə, özü də Amerikadan bura gətirilmiş qida heç yemək deyil. Hətta sintetik məlzəmələr belə, hansısa bir paltar ondan qat-qat baha başa gəlir. Bütün məhsullar Gigiyena və Epidemologiya Mərkəzindən sertifikat almalıdır. "McDonalds"dakı qidaların heç biri qida məhsulu kimi rəy ala bilməyib. Hətta onların bir çoxunun tərkibində zərərli maddələr aşkarlanıb.
"McDonalds" bir nümunədir, əslində bütün "KFC"lərdə vəziyyət bu cürdür. Biri bir az ucuzdur, digəri bir az bahadır, amma nəticə etibarilə hamısı orqanizm üçün zərərlidir. "KFC"lərdə insanları nə ilə isə cəlb etməyə çalışırlar. Yalnız toyuq qanadı, toyuq budu, toyuq döşü və s. təklif edilir. Amma onların hamısı broyler toyuqlarının dərmanlar toplanmış qanadları, budları və s.dir. Adi, evimizə aldığımız "doktorskaya kolbalas"ları götürək. Kiloqramı neçəyə düşür? 4-5 manata. Maraqlıdır, hansı ətdən istifadə edirlər ki, bu kolbasalar 4-5 manata satılır? Südlü kolbasalar, sosiskalar da onun kimi. Mən hələ demirəm ki, istifadə etdiyimiz yağlar sağlam yağlar deyil. Çoxusu deyir ki, yeməkləri qarğıdalı, günəbaxan yağında bişirir. Əslində mağazalarda satılan günəbaxan yağının ən keyfiyyətlisinin 1 litri 6 manatadır. Maksimum İtaliya istehsalı olan günəbaxan yağlarıdır ki, 9 manata satılır. Neçə kiloqram günəbaxan tumu sıxmaq lazımdır ki, 1 litr yağ alınsın? Əminliklə deyirəm ki, bitki yağlarının çoxunun tərkibi sintetik yağlardır. Əvvəl "Teksun", "Sana"nın adı çəkilirdi. Bunlar da həmin şeylərdir. Əslində dədə-baba qaydasında hazırlanan kərə yağı hamısından ləzzətli və keyfiyyətlidir". Modern.az

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı