Azərbaycan İdeyası

Veteranlar Birliyinin sədri və müavini dələduzluqda ittiham edilir — MƏHKƏMƏ

Tarix:14-02-2018, 14:47
Baxış Sayı:539

 Veteranlar Birliyinin sədri və müavini dələduzluqda ittiham edilir — MƏHKƏMƏ


Azərbaycan və Əfqanıstan Veteranları İctimai Birliyinin sədri 1961-ci il Məhəmməd Vəliyev və onun müavini 1961-ci il Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Korrupsiya-q.az "Ölkə.Az"ın əldə etdiyi məlumata görə, xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
İttiham aktına əsasən, təqsirləndirilən şəxslər vətəndaşın etibarından sui-istifadə edərək dələduzluq etməkdə, rüşvət almaqda və rəsmi sənədləri saxtalaşdırmaqda ittiham edilirlər.
Onlardan şikayət edən zərərçəkənlər isə veteranlardır.
Şikayətçilər bildiriblər ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.
Məhəmməd Vəliyev və Cavan Əhmədovun barəsində cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı