Azərbaycan İdeyası

“Hicaz” kolbasaları ilə bağlı İDDİA – Təhlükəlidir…

Tarix:4-04-2018, 17:44
Baxış Sayı:324

  “Hicaz” kolbasaları ilə bağlı İDDİA – Təhlükəlidir…

Bu günlərdə “Hicaz” MMC-nin istehsal etdiyi kolbasa məmulatları uşaqlar arasında infeksiyaya səbəb olub
Korrupsiya-q.az yazır ki, bu barədə fia.az-ın verdiyi xəbərə görə, sosial şəbəkə istifadəçiləri şərhlərdə yazıblar. Son aylar “Hicaz” kolbasa və sosiskaları satılmadığı üçün marketlərdə dəyər-dəyməz qiymətinə təklid edirlər.
Bunu kampaniya adı ilə istehlakçılara sırıyan “Hicaz” firması insan orqanizminə təhlükəli məhsullar satırmış.
İddialara görə, satışı olmayan həmin kolbasaları dəyər-dəyməzinə satan “Hicaz” uşaqlarda mədə-bağırsaq xəstəliyi, infeksiya düşməsinə səbəbkar olub.
Sosial şəbəkələrdə yazıblar ki, “Hicaz” kolbasası yeyən uşaqlardan bir neçəsi xəstəxanaya yerləşdirilib. Həkimlər bildiriblər ki, uşaqlarda işləmə-qusma, infeksiya onların yedikləri kolbasa məhsullarından əmələ gəlib.
Hələ ötən il İqtisadiyyat Nazirliyi tərəfindən aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan bu malların ilkin laborator müayinəsi zamanı belə nəticəyə gəlinib.
Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində “Hicaz” adlı mal və toyuq ətindən əla növ sosiskada nişastanın kütlə payının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu aşkar edilib.
Bu məsələdə Standartlaşdırma, Patent və Meterologiya Dövlət Komitəsinin səhlənkarlığı da qeyd edilməlidir. Komitə tərəfindən bəzi hallarda istehlak mallarıın keyfiyyətinə nəzarət aşağı səviyyədə olur.
Komitə sədri Ramiz Həsənov kolbasa-sosiska firmalarının heç birinin halal olmadığını bildirmişdi. Ancaq “Hicaz” məhsullarının halal olduğunu bildirir.
Hərçənd ki, nəinki halal imiş, ümumiyyətlə zay imiş. Dövlət Komitəsi üzərində “halal” yazılmış kolbasaları niyə satışdan çıxarmayıb?
Korrupsiya-q.az media üzərindən xəbər verir ki, nazirlik tərəfindən ötən il malların ilkin laborator müayinəsi zamanı “Hicaz 313” MMC tərəfindən istehsal olunan ət məhsullarının tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.
Bazarlarda, metro girişlərində, bəzi mağazalarda 2-3 manata kolbasa və sosiska məmulatları satılır. Nəzərə alaq ki, mal-qoyun ətinin kiloqramı 11-14 manat, toyuğun kiloqramı 4-5 manatdır. Bu səbəbdən də, ucuz qiymətə satılan sosiska və kolbasaların nədən hazırlanması sual yaradır.
Mütəxəssislər bildirirlər ki, bəzi sexlərdə kolbasa və sosiska içalat yağları, sinirlər, sinir ətrafından tam olaraq sıyrıla bilməyən çürüntü ət parçaları, quyruq yağı, ağciyər (sosiskanın yumşaq olması üçün), dəri, qığırdaq, oynaq yerləri, iliklər, ayaqlardan hazırlanır və bunu demək xoş olmasa da, tükü təmizlənməyən ət parçaları da bu məhsulların içinə qarışdırılır. Bu qarışıq müxtəlif fabrik əməliyyatları nəticəsində homogen olaraq qablaşdırılır və satışa buraxılır.
Bununla yanaşı, kolbasa və sosiskaların tərkibinə toyuğun “tullantı” hissələrindən də əlavə edilir. Kolbasaya toyuğun sinə əti, dərisi və qığırdaq hissələri qatılır, dad verməsi üçün xüsusi ədviyyatlar vurulur.
Kolbasa və sosiskaların içindəki maddələr araşdırılsa, yuxarıda qeyd edilənlər öz təsdiqini tapa bilər. Elə kolbasa və sosiska məmulatlarının qiymətini də 1 kq ətlə müqayisə etmək sadaladıqlarımızın doğru olduğunu sübut edər.
Hazır qarışıqda mikrob yaranmasının qarşısını almaq üçün qarışığa nitrit, nitrat kimi xərçəng törədici və sinir sistemini çökdürən, piylənməyə səbəb olan və az da olsa, asılılıq yaradan maddələr əlavə olunur.
Quyruq yağı və içalat yağları bədən istiliyində ərimə xüsusiyyəti olan yağlar deyil. İnsan sağlamlığı üçün bu yağlardan istifadə təhlükəlidir.
Ancaq kolbasa və sosiska ilə bədənə düşən bu yağlar damar tıxanması və ürək-damar xəstəliklərinə gətirib çıxarır. Bunu bir sosiska qızardılmış tavadakı qalan yağın donma tezliyinə baxaraq daha aydın başa düşmək olar.
Kolbasa və sosiska uşaqlar üçün daha təhlükəlidir. Belə ki, bu qidalar uşaqlarda piylənmə, erkən yetkinlik, görmə qabiliyyətinin zəifləməsi, psixoloji pozuntular, qadınlarda uşaqlıq boynu və döş xərçəngi olma ehtimalını 3 dəfə artırır. Onların ürək xəstəliklərinə səbəb olduğu elmi təcrübələrlə sübut olunub.
Bütün deyilənlərə rəğmən, kolbasa və sosiska məhsulları almaq istəyirsinizsə, xarici görünüşündə kiflənmə və ya hər-hansı bir problem olmasına fikir verməlisiniz.
Kolbasa və ya sosiskanın qablaşdırılmasında hava boşluğu olmamalıdır. Qoxusu iyrəndirici, kəsilərkən birrəngli olmalıdır.
Əgər yediyiniz kolbasa və ya sosiskanın tərkibindəki ətin nə olduğunu bilmək istəyirsinizsə, qaynadaraq baxa bilərsiniz. Gündəlik menyumuzda olan bu qida xərçəngi inkişaf etdirir.
Üç yaşına kimi uşaqlara belə qidalar vermək olmaz. Belə ucuz kolbasa və sosiska məhsulları kiçik kafelərə, marketlərə, bazarlara daha tez ayaq açır. Böyük restoranlar və şəbəkəli marketlər belə məhsullara üstünlük vermir.
Bununla yanaşı, istehlakçı da alan zaman öz sağlamlığını düşünməlidir. 2 manatlıq kolbasa sağlamlıq üçün nə qədər təhlükəli ola bilər?
Bunu da düşünmək lazımdır. Sosial şəbəkələrdə yayılan məlumatla bağlı “Hicaz” firmasının mövqeyini dərc etməyə hazırıq.

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq