Azərbaycan İdeyası

Oqtay Şirəliyev seçkilərdə İlham Əliyevə səs vermədi (FOTO)

Tarix:13-04-2018, 13:29
Baxış Sayı:547

   Oqtay Şirəliyev seçkilərdə İlham Əliyevə səs vermədi (FOTO)

Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev 11 aprel Prezident seçkilərində iştirak etməyib.
Korrupsiya-q.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, nazir Oqtay Şirəliyev Səbail rayonu, Bülbül prospekti 11 ünvanında qeydiyyatda olduğu ərazi üzrə 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səs verməli olsa da, o seçici hüququndan istifadə etməyib.
Məsələ ilə bağlı Unikal.org saytı 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsinin sədri İmran Cəmiyevlə əlaqə saxlayıb.
O, 11 apreldə keçirilən prezident seçkilərində Oqtay Şirəliyevin iştirak etmədiyini təsdiqləyib: “Oqtay Şirəliyev bizim məntəqədə qeydiyyatdadır. Mən məntəqə bağlanana qədər Səhiyyə nazirini görmədim. O, prezident seçkilərində seçki hüququndan istifadə etməyib”.
Baxmayaraq ki, ölkədə keçirilən prezident seçkilərində Prezident Administrasiyasının nüfuzlu şəxsləri və ayrı-ayrı nazirlər ölkəmizdə keçirilən Prezident seçkilərində iştirak edərək, cənab Prezident İlham Əliyevə səs verdiklərini, onun siyasətini dəstəklədiklərini açıqlamışdılar. Bu da o anlama gəlir ki, nazir Oqtay Şirəliyev seçkilərdə səsvermə hüququndan istifadə etməməklə, həm də Cənab Prezident İlham Əliyevə səs verməyib.   Oqtay Şirəliyev seçkilərdə İlham Əliyevə səs vermədi (FOTO)

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı