Azərbaycan İdeyası

DSMF-nin Şirvan şəhər şöbəsində Ali Məhkəmənin qərarı tanınmır...

Tarix:9-08-2018, 14:33
Baxış Sayı:283


 DSMF-nin Şirvan şəhər şöbəsində Ali Məhkəmənin qərarı tanınmır...

Haqsızlıqla üzləşmiş bir qrup Şirvan şəhər sakini "XeberBiz.az"-a müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Şirvan şəhər şöbəsində qarşılaşdıqları haqsızlıqlarla bağlı köməklik göstərilməsini xahiş edir.
Media vasitəsilə ölkəə başçısına müraciət edən sakinlər, güzəştli şərtlərlə pensiya məbləğinin ödənilməsi ilə bağlı Ali məhkəmə qərarının icra olunmamasından narazılıq edirlər:


Müraciətdə deyilir:

Hörmətli ölkə rəhbərliyi, biz Şirvan şəhər sakinləri DSMF-nun Şirvan şəhər rəhbərliyi tərəfindən məqsədyönlü şəkildə süründürməçiliyə məruz qalmışıq. Bu sahədə mövcud olan qanunsuz hallar pik nöqtəyə çatıb və baş verənlərdən artıq cana doymuşuq, çünki bizi vətəndaş olaraq ciddiyə almırlar.
Belə ki, idarəyə yeni müdir təyin edilmiş Vidadi Nuralızadə, bizim güzəştli şərtlərlə yaşa görə əmək pensiyamızın dövlət tərəfindən təyin olunuş və həmin vaxtdan ödənilməyən pensiya məbləğinin hesablanmış məbləğin birdəfəyə ödəməkdən imtina edir.
DSMF-nin məkrli müdiri bunu onunla əsaslandırır ki, nazir Sahib Babayev tərəfindən belə bir göstəriş mövcuddur ki, güzəştli şərtlərlə yaşa görə təyin edilmiş və müvafiq vaxtdan bəri ödənilməyən pensiya məbləği ümumi şəkildə vətəndaşa verilə bilməz.
Bunu əlində əsas tutan qurum rəhbəri, bizə üümumi məbləğdən hər ay 100-200 manat pul verir. Bizsə məbləğin ümumilikdə ödənilməsini tələb edirik.
Baxmayaraq ki, hesablanmış məbləğin ümumi şəkildə bizə verilməsi həm apellyasiya, həm də ali məhkəmə tərəfindən qərarlaşdırılıb.
Artıq bir ilə yaxındır ki, get-gələ və süründürməçiliyə məruz qalmışıq. Hətta məsələylə bağlı ƏƏSMN-ə çoxsaylı müraciətlər etmişik, baxan yoxdur.
Qəbuledilməz fakt ondan ibarətdir ki, DSMF dövlət hesabına vəkil tutaraq vətəndaşları ali məhkəmələrə verir, vəkillərə sədf edilən vəsait havaya sovrulur. İdarə rəhbərliyi nazirlikdəki yaxınlarına arxalanaraq çoxlu sayda maliyyə maxinasiyaları və saxta işlər həyata keçirirlər.
Məhz bunun nəticəsidir ki, Şirvanda əhalinin sosial müdafiəsi sahəsində vəziyət dözül-məz həddə çatıb. Ay ərzində ƏƏSMN-ə yüzlərlə şikayət məktubları daxil olsa da, heç birinə baxılmır.
Bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayev Şirvana səfər etdi. Bütün Şirvanlılar ümid etdik ki, nazirin gəlişi gündəmi dəyişəcək, lakin heç nə dəyişmədi. Bu isə cəzasızlıq şəraitində korrupsiyanın daha da çiçəklənməsinə yol açdı. Şəhər rəhbərliyi isə məsələdə müşahidəçi mövqeyində qalmaqdadır.
DSMF-nin Şirvan şəhər rəhbərliyi, şəhərdə düşünülmüş şəkildə ajiotay yaratmağa çalışır. Bu isə dövlətə xəyanət deməkdir!

Cənab Prezident!

Biz Şirvanlılar bu problemimizi, acınacaqlı vəziyyətimizi diqqətinizə çatdırmaqla Sizdən xahiş edirik ki, şikayətimizə qanunauyğun və ədalətli baxılmasının təmin olunmasında və və ədalətin zəfər çalması məqsədilə bizə köməklik göstərəsiniz.

Sizdən çox xahiş edirik,bu özbaşınalıqlara son qoyulsun.!

Ümid və arzularla, Sizdən nicat gözləyən Şirvan sakinləri:

Babayev Tahir
Abbaslı Bədəl
Həsənov Sərxan
Məmmədov Yaqub
Əliyev Yahya

Xeberbiz.az

OXŞAR XƏBƏRLƏR
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA