Azərbaycan İdeyası

“Çınqıl altında” qalan iş adamları -Həbslərin əsl səbəbi

Tarix:10-08-2018, 12:26
Baxış Sayı:272

 “Çınqıl altında” qalan iş adamları -Həbslərin əsl səbəbi
Azərbaycanda qum-çınqıl mədənlərinin normalara uyğun fəaliyyətinin təmin olunması istiqamətində işlər başladılıb.
Baş Prokurorluğun bir neçə gün əvvəl yaydığı məlumatdan aydın olur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi materiallar əsasında qum-çınqıl yataqlarında hüquqi və fiziki şəxslərə məxsus 96 karxananın fəaliyyəti üzrə Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə 8 cinayət işi başlanaraq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılır.
Qeyd edilən cinayət işlərinin materiallarından 6-sı ayrıca icraata ayrılaraq istintaqı tamamlanıb və “Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC-nin rəhbəri Manaf Şirinov, “Titanik-5" MMC-nin rəhbəri Şahin Məmmədov, ”Azvirt" MMC-nin iş icraçısı vəzifəli şəxsi İbrahim Quluyev, “Alyans” MMC-nin rəhbəri Nəriman Yəhyayev, “Gülövşə” MMC-nin rəhbəri Mahir Allahverdiyev və “Qara-Qum Holdinq” MMC-nin rəhbəri Yasif Ağayevə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilərək, Mahir Allahverdiyev barəsində polisin nəzarəti altına vermə, digər təqsirləndirilən şəxslər barəsində isə məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.
 “Çınqıl altında” qalan iş adamları -Həbslərin əsl səbəbi
Bundan əvvəl isə Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə fəaliyyət göstərən daş və qum-çınqıl karxanalarının monitorinqini aparıb. Komitənin bununla bağlı yaydığı məlumata görə, nəticədə respublika üzrə 585 daş və qum-çınqıl karxanasının fəaliyyət göstərdiyi müəyyən edilib və onların elektron məlumat bazası yaradılıb. Aparılmış təhlillər və monitorinqlər nəticəsində 250 belə karxananın torpaq qanunvericiliyinin tələblərinin pozulması halları əsasında fəaliyyət göstərdiyi müəyyən edilib, onların işi dayandırılıb.
Bəs qum-çınqıl mədənləri fəaliyyət göstərərkən hansı qaydalara, tələblərə əməl etməlidirlər? Ölkə qanunvericiliyi bununla bağlı hansı tələbləri müəyyən edir?
Xatırladaq ki, iyul ayında Azərbaycanda yerin təkindən istifadə sahəsində tənzimləməni həyata keçirəcək yeni qurum yaradılıb. Belə ki, prezident Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin yaradılmasına dair fərman imzalayıb.
Fərmandan aydın olur ki, faydalı qazıntıların yerləşdiyi ərazilər istifadə üçün ayrılarkən bəzən mühafizə və təhlükəsizlik qaydalarına əməl edilmir, torpaqların dövlət əhəmiyyətli magistral neft-qaz və su kəmərlərinin, avtomobil və dəmir yolu körpülərinin yaxınlığında yerləşməsi nəzərə alınmır, müvafiq qurumlarla razılaşmalar aparılmır, rəylər, kommunikasiya xətləri barədə məlumatlar alınmır, coğrafi koordinatlar dəqiqləşdirilmir: “Yerin təkindən səmərəli istifadə edilməməsi, sənaye və tikintidə işlədilən xammal ehtiyatlarının hasilatı prosesində qanunvericiliyin tələblərinin pozulması arzuolunmaz hadisələrin baş verməsinə səbəb olur”.
Sənədə görə, yeni agentlik qeyd edilən halların aradan qaldırılması, ölkənin milli sərvətlərinin, mineral xammal bazasının qorunması, təbii ehtiyatlardan səmərəli, qənaətlə istifadə olunması, xammala olan tələbatın ödənilməsi, faydalı qazıntıların çıxarılması üçün torpaq sahələrinin ayrılmasında, yer təki sahələrinin, bununla əlaqədar işlərin dövlət qeydiyyatına alınmasında, yerin təkinin geoloji öyrənilməsində və istifadəsində ciddi qayda yaradılması, qanunvericiliyin tələblərinə, müəyyən edilmiş normalara və standartlara dürüst əməl olunması, təhlükəsizliyin və şəffaflığın təmin edilməsi, ətraf mühitin, təbii landşaftın mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi məqsədilə yaradılıb.
ETSN İctimaiyyətlə əlaqələr xidmətindən “Yeni Müsavat”a bildirildiyinə görə, qum-çınqıl mədənlərinin fəaliyyətinə istismar müddətində aşağıda göstərilən şərtlərə riayət etmək şərti ilə icazə verilir:
İstismar zamanı standartlara, norma və qaydalara riayət edilməsi;
İstismar zamanı faydalı qazıntıların normadan artıq itkisinə, faydalı qazıntının keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi;
Verilmiş “Dağ-mədən ayırması” konturlarından kənara çıxma hallarına yol verilməməsi;
Nazirlər Kabinetinin “Magistral boru kəmərlərinin, körpülərin, hidrotexniki qurğuların və yüksək gərginlikli elektirik hava xəttlərinin mühafizəsinin gücləndirilməsinə dair bəzi tədbirlər barədə” 19.08.2008-ci il tarixli 191 saylı Qərarının tələblərinə riayət edilməsi;
Faydalı qazıntı ehtiyyatlarının hasilatı haqqında illik hesabat balansının (5 GK forması) hər ilin əvvəlində Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya - Arxiv Fonduna təqdim edilməsi;
Emal məhsullarından və tullantılarından tam istifadə olunması, istehsal zamanı əmələ gəlmiş tullantıların yığılmasının, uçotunun aparılması və qorunmasının təmin olunması;
İstismarı başa çatmış sahələrdə rekultivasiya işlərinin aparılması;
Yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi;
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 351 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında” Əsasnamənin əlavəsinə müvafiq olaraq faydalı qazıntı üçün təyin olunmuş ödənişin ödənilməsinin təmin edilməsi;
Karxanaların istismarı üçün hər il “Dağ-mədən inkişaf planı”nın tərtib olunaraq müəyyən olunmuş qaydada Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılması.
Bununla yanaşı, fiziki və hüquqi şəxslərə istismara başlamazdan əvvəl yerin təkindən istifadəyə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən dağ-mədən ayırma aktı (5 il müddətinə), Ekoloji Ekspertiza rəyi (birdəfəlik), Ekoloji pasport (5 il müddətinə) və Dağ-mədən işlərinin inkişaf planı (hər il üçün) verilir.(musavat.com)
 “Çınqıl altında” qalan iş adamları -Həbslərin əsl səbəbi

OXŞAR XƏBƏRLƏR
Bu gün cənab prezident İlham Əliyevin doğum günüdür!+FOTO!
Bu gün cənab prezident İlham Əliyevin doğum günüdür!+FOTO!
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası