Azərbaycan İdeyası

ƏLƏTDƏ QƏLƏTLƏR:

Tarix:17-01-2017, 15:18
Baxış Sayı:393


Qanunsuz qum karxanalarının gəlirləri kimlərin cibinə axır?

Əməkdaşımız Ə. İsgəndərov yaşadığı Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində müşahidə etdiyi neqativ hallar barədə araşdırma materiallarını redaksiyaya təqdim etmişdir. Sözügedən ərazidə qanunsuz fəaliyyət göstərən "Samirə" və "Ric" məhdud məsuliyyətli cəmiyyətlərinin (MMC) ölkənin təbii sərvətlərini talayıb israf etmələri barədə müxbirimizin həm də sakin kimi fəal vətəndaşlıq mövqeyi ortaya qoyaraq ölkə başçısına və baş prokurora ünvanladığı müraciətləri baxılıb tədbir görülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilmişdir. Göstərilən faktlar Ə. İsgəndərovun sorğu ünvanladığı digər aidiyyati qurumlardan aldığı cavab məktublarında da öz təsdiqini tapır. Belə ki, Vergilər Nazirliyi 01.10.2016-cı il tarixli məktubunda apardığı araşdırma zamanı Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən qum karxanasının həqiqətən də "Samirə" MMC-nə məxsus olduğunun müəyyən edildiyini , habelə həmin obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində MMC tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktlarının aşkar olunduğunu təsdiqləmişdir.
Lakin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru cənab X.C. Hüseynov 02.11.2016-cı il tarixli cavab məktubunda iddia edir ki, guya İsgəndərovun iştirakı ilə ərizəsində göstərilən faktlar araşdırılıb və ikinci "Samirə" MMC-nin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun olduğu barədə məlumatsız olduğundan həmin şikayəti yazıbmış. İsgəndərov bütün bunları təkzib edir: "Heç kimə belə bir izahat verməmişəm. Qeyd olunan "Samirə" və "Ric" MMC-lərin hər birinə bir hektar torpaq sahəsi ayrıldığı göstərilsə də, Bakı-Salyan yolunun Ələt ərazisinə düşən 60-cı kilometrindən 80-ci kilometrliyinədək olan ərazisində təxminən 100 hektarlarla sahədən qum daşıyan karxanaların kimlərə işlədiyi bu günədək mənə və Qaradağ sakinlərinə məlum deyil. Həmin qum karxanalarından satılan milyonlarla ton qumdan nə dövlətə, nə Ələt Bələdiyyəsinə bir manat da olsun vergi ödənilməmişdir".
Ə. İsgəndərov hesab edir ki, yenidən müraciət etdiyi Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən departament sədrinin həqiqətə uyğun olmayan yayındırıcı məktubuna hüquqi qiymət verilməlidir. Həmçinin Ələt Bələdiyyəsinə qəsəbə ərazisinə aid edilən torpağın xəritəsinin indiyədək niyə verilməməsinin səbəbi araşdırılmalıdır.

Əhəd Baratoğlu

OXŞAR XƏBƏRLƏR
dfgh 6 mart 2017 10:07
  Жалоба     
Besides strong kernel, a man of replica watches ukgreat charm and is replica omega gentle gentleman graceful bearing. Respect for others, good at listening, the elegance of man emerges from the others in conversation. The man who knows how to live is hublot replica also pursuing the exquisite life style, the detail, the esthetic, the clean and neat, the rolex replica calm atmosphere. Just as men's watches, tailored to the new 40 mm round case, simple and quiet, and lays out the flat line.
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib