Azərbaycan İdeyası

"Əgər bələdiyyə sədri xalq tərəfindən seçilsə, pis işləyərsə..."

Tarix:13-08-2018, 15:13
Baxış Sayı:276

  "Əgər bələdiyyə sədri xalq tərəfindən seçilsə, pis işləyərsə..."

Azərbaycanda bələdiyyələrin fəaliyyətsizliyi hər kəsə məlumdur. Dünən Nabran bələdiyyəsinin sədri Qürət Qədimov meşəətrafı sahənin məişət tullantıları ilə çirkləndirilməsinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2500 manat məbləğində cərimə edilib.
“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Moderator.az-a açıqlamasında bildirdi ki, bələdiyyələrin acınacaqlı durumda olmasının əsas səbəbi bu institutun rayon icra hakimiyyətlərindən asılı vəziyyətə salınmasıdır:
“Bunu başa düşmək asandır. Əslində bələdiyyələr icra hakimiyyətlərini əvəz etməli idi. Bütün Avropa ölkələrində şəhər rəhbərləri və bələdiyyə sədrləri seçki yoluyla təyin olunurlar. İndi bizdə ikitərəlik var. Bir tərəfdən icra hakimiyyətlərinin bütün səlahiyyətləri digər tərəfdən onların yanında olan bələdiyyələrin səlahiyyətləri əllərindədir. Bunlar da bələdiyyələrə təzyiq edə bilirlər. Bələdiyyə seçkiləri qeyri-demokratik keçirilir, şəffaf deyil, onlar xalq tərəfdən seçilmiş bələdiyyə sədrləri deyillər. Ona görə də bələdiyyələrin faciəsi və fəaliyyətsizliyi bundan irəli gəlir. İcra hakimiyyətləri varsa, onda bələdiyyələr ləğv edilməlidir. Əgər bələdiyyə varsa, onda icra hakimiyyətləri ləğv edilməlidir. Birinci növbədə bu məsələ həll olunmalıdır ki, sonra bələdiyyələrə irad tuta bilək. Əgər hansısa bələdiyyə sədri xalq tərəfindən seçilsə, pis işləyərsə, xalqın qarşısında məsuliyyət daşıyacaq. Görəcəklər ki, etimadsızlıq göstərib onu yola salacaqlar. Onlara ictimai nəzarət olacaq. Amma bunların heç biri bizdə yoxdur”.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı