Azərbaycan İdeyası

Xanım bələdiyyə sədri ilə müavini əlbəyaxa oldular - FOTO

Tarix:15-06-2016, 19:36
Baxış Sayı:457

 Xanım bələdiyyə sədri ilə müavini əlbəyaxa oldular - FOTO

Bakının Binəqədi rayonu, Binəqədi Rayon Bələdiyyələr Şurasının sədri, Binəqədi bələdiyyəsinin xanım sədri Starə Cabbarlı ilə müavini Sabir Həsənov əlbəyaxa dava edib. Bələdiyyənin adının çəkilməsini istəməyən əməkdaşının verdiyi xəbərə görə, davaya səbəb sədr Starə Cabbarlının Sabir Həsənovu müavin vəzifəsindən uzaqlaşdırmaq istəməsidir.

Belə ki, bələdiyyənin sədr müavini Sabir Həsənov öz kabinetində, bələdiyyənin digər üzvləri ilə vergi yığımları haqda danışırmış. Elə bu vaxt otağa daxil olan xanım sədr, müavini alçaldıcı sözlərlə təhqir edib. Bununla da kifayətlənməyən Starə Cabbarlı, Sabir Həsənovun yaxasından tutaraq onu bələdiyyədən qovduracağını bildirib.

Məsələdən xəbər tutan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov birinci müavini İlqar Süleymanovu və YAP-ın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovu dərhal bələdiyyə göndərib. Bələdiyyəyə gələn müavin və sədr onları sakitləşdiriblər.

Daha sonra məlum olub ki, bələdiyyə sədrinin Sabir Həsənovu vəzifəsindən uzaqlaşdırmaq istəməsinin səbəbi, vergi yığımını lazımi qədər həyata keçirə bilməməsidir. Xanım sədr vaxtilə Veggilər Nazirliyində çalışan və hazırda Binəqədi bələdiyyəsinin üzvü olan Rasim Gözəlovu,Sabir Həsənovun yerinə gətirərək, vergi yığımında vəziyyəti yaxşılaşdırmaq istəyir.

Qeyd edək ki, Binəqədi bələdiyyəsinin üzvü olan Rasim Gözəlov, Vergilər Nazirliyində çalışıb və işində yol verdiyi nöqsanlara görə nazir Fazil Məmmədovun əmri ilə vəzifəsindən kənarlaşdırılıb.
 Xanım bələdiyyə sədri ilə müavini əlbəyaxa oldular - FOTO

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı