Azərbaycan İdeyası

XANHÜSEYN KAZIMLININ QOHUMLARI İMİŞLİDƏ "QƏMLOLUQ" EDİRLƏR

Tarix:14-09-2018, 16:11
Baxış Sayı:440

Rayon sakini: "Rəis müavini məni hədələyib ki, "özümü yığışdırmasam", maşınıma nəşə atıb tutduracaq"

Söz vaxtına çəkər. Keçən ilin yayında deputatların etik davranışı ilə bağlı qalmaqallı qanun layihəsi qəbul edildi. 13 maddədən ibarət Qanun layihəsi Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 7-ci bəndinə, 94-cü maddəsinin I hissəsinin 1-ci və 3-cü bəndlərinə uyğun olaraq, Milli Məclis deputatının etik davranış qaydalarını, habelə həmin qaydalara əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Bu qanun yalnız deputat statusu olan şəxslərə şamil edilir. Hər bir deputat etik davranış qaydalarını rəhbər tutaraq, bu qanunun müddəalarına əməl etməyə borcludur.
Qanun layihəsində etik davranış qaydalarını kobud surətdə pozan deputatların mandatdan məhrum edilməsi, deputatların təhqiramiz sözlərdən istifadə etməsinə qadağa qoyulması, eləcə də deputatların həmkarlarının sözünü kəsməsi qadağan edilir. Eyni zamanda, layihəyə əsasən, Azərbaycanda deputat xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, yaxud onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən, eləcə də bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.
Artıq qanuni qüvvə almış layihədə o məqama toxunulmayıb ki, deputat qohumbazlıq edə bilər, ya yox. Axı, bir çox deputatlar malik olduqları parlament mandatını, millət vəkili statusunu öz yaxın adamlarını "yağlı" vəzifələrə yerləşdirmək üçün fürsət kimi dəyərləndirirlər.
Redaksiyamıza müraciət edən İmişli rayon sakini Səmədov Gülməmməd Səməndar oğlu 66 saylı Biləsuvar seçki dairəsindən deputat seçilmiş, əslən İmişli rayonundan olan Xanhüseyn Kazımlının İmişlidə yürütdüyü qohumbazlıq siyasətinin mənfi fəsadlarından gileylənmişdir. Onun sözlərinə görə, X.Kazımlının qohumları rayonda bütün strateji vəzifələri ələ keçiriblər. Hətta iş o yerə çatıb ki, rayonda irəli çəkilmək, özünə karyera qurmaq istəyən şəxslər üçün X.Kazımlının qohumları ilə qohum olmaq perspektivli addım sayılır.
Yeri gəlmişkən qeyd edək ki, G.Səmədov İmişlidə ədalətsizliklərə qarşı barışmaz, haqsevər vətəndaşlardandır. Deyir ki, istər özünün, istərsə də haqqı tapdalanan, bürokratik əngəllərlə, korrupsiya hüquqpozmaları ilə rastlaşan rayon sakinlərinin müdafiəsinə qalxan kimi, hər hansı bir məmurdan şikayətlənən kimi qarşısında mütləq X.Kazımlının qohumlarından təpki görür. Belələrindən biri də rayonda "Qəmlo" ləğəbi ilə tanınan Polis Şöbəsinin rəis müavini Habil Ağayevdir. Şikayətçinin sözlərinə görə, rəis müavini onu hədələyib ki, "özünü yığışdırmasa" maşınına nəşə atdırıb tutduracaq.
G.Səmədov həmçinin onu da bildirdi ki, İmişli rayoin İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin dirənişi olmasa, X.Kazımlı və qohumları rayonu bütünlüklə zəbt edər, imkansızları, əlsiz-ayaqsızları belə ayaqlayarlar. Oxucularımızla irəliləyən görüşlərimizdə deputat X.Kazımlının deputatlıq fəaliyyəti ilə bağlı seçici rəylərini, barəsində mətbuatda və internet resurslarında yer almış qiymətləndirmələri ümüumiləşdirib təqdim etməyə çalışacağıq.


Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı