Azərbaycan İdeyası

Azərbaycanın ən seysmoaktiv şəhərləri açıqlandı - SİYAHI

Tarix:28-08-2018, 12:45
Baxış Sayı:301

  Azərbaycanın ən seysmoaktiv şəhərləri açıqlandı - SİYAHI

Gün ərzində Azərbaycan ərazisində 6-10 xırda təkanlar qeydə alınır. Maqnitudası və dərinliyi az olduğu üçün biz onları hiss etmirik. Ancaq elə yerlər var ki, orada enerji yığılır və bu ərazilər daha seysmoaktiv sayılır.
Korupsiya-q.az xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, il ərzində təkanlar, Azərbaycan ərazisində blokların hərəkəti, eləcə də, planetdəki seysmoaktivliklə bağlı informasiyalar öyrənilir və daha fəal zonalar müəyyən edilir.
2018-ci ildə Azərbaycanda seysmoloji cəhətdən daha çox aktiv olan rayon və şəhərlər:

1. Şamaxı rayonu;

2. Abşeron yarımadasında (Bakı, Sumqayıt) təhlükə dənizdə baş verən zəlzələlərin ocaqlarına (Azəri-Çıraq-Günəşli neft yatağının ərazisi) görə yarana bilər;

3. İsmayıllı;

4. Qusar;

5. Zaqatala.

Yetirmişli qeyd edib ki, məhz bu əraziləri seysmoloji cəhətdən gərgin hesab etmək olar. Bu rayonlarda zəlzələ istənilən vaxt baş verə bilər.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı