Azərbaycan İdeyası

Sürücülər yumruq davasına çıxdı - Video

Tarix:5-10-2018, 12:53
Baxış Sayı:221

 Sürücülər yumruq davasına çıxdı - Video


Sürücülər yumruq davasına çıxdı

Bakıda minik avtomobili ilə avtobus sürücüsü mübahisə edib. Sözlə başlayan mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.
Korrupsiya-q.az Xezerxeber.az istinadən bildirir ki, hadisə gecə saatlarında paytaxtın Xətai rayonu ''Əhmədli'' metrostansiyası yaxınlığında baş verib. Davanı isə yaxınlıqda yaşayan sakinlərdən biri mobil telefonla çəkərək sosial şəbəklərdə paylaşıb.
Məlumata görə, minik avtomobilinin sürücüsü ''Əhmədli'' metrostansiyası yaxınlığından ''Xəzər Univermağ''ı istiqamətində qanunsuz fəaliyyət göstərən nömrəsiz avtobus sürücüsü Bayram adlı şəxsə yolu bağlamasını irad tutub. Bu zaman hər iki sürücü dava edib. Dava zamanı minik maşınının sürücüsü Bayramı döyüb. Ətrafda olan insanların müdaxiləsindən sonra onları ayırmaq mümkün olub. Ərazidə olan avtobus sürücüləri iddia edirlər ki, günah minik maşınının sürücüsündə olub.
Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, minik avtomobilinin sürücüsü barədə "giriş qadağandır" nişanının tələbini pozduğu üçün inzibati qaydada cərimə tətbiq edilib. O ki qaldı ''Əhmədli'' metrostansiyası yaxınlığından ''Xəzər Univermağ''ı istiqamətində qanunsuz fəaliyyət göstərən nömrəsiz avtobusların fəaliyyətinə, Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, buna onlar nəzarət etmir.



OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı