Azərbaycan İdeyası

Bakı yollarında YENİLİK- Cərimə olunacaqsınız

Tarix:9-10-2018, 15:30
Baxış Sayı:213

 Bakı yollarında YENİLİK- Cərimə olunacaqsınız

Bakı Nəqliyyat Agentliyi (BNA) yol hərəkətinin təşkilində daha bir yeniliyə imza atıb.

ONN media Publika-ya istinadla xəbər verir ki, pilot layihə olaraq A.Bakıxanov və S.Vurğun küçələrinin kəsişməsində ilk sarı kəsişmə toru nişanlanması təşkil edilib. Avtomobil nəqliyyatı üzrə tanınmış ekspert, “Avtostop” media qrupun rəhbəri Tural Yusifov (DJ Tural) bildirib ki, yeniliyə əsasən sürücü yolayrıcına yaxınlaşdığı zaman hərəkətini elə hesablamaldır ki, qırmızı yandığı zaman bu xətləmənin üzərində ilişib qalmasın: “Qanunvericilikdə olsa da, hazırda çox nadir hallarda buna görə sürücüyə cərimə gəlir. Bizim sürücülərin bir çoxu ona yaşıl işıq yandıqda mütləq hərəkət etməli olduğunu düşünür. Amma daim dediyimiz bir məsələ var: Hər yaşıl işıq hərəkətə icazə vermir. Bəs bu qaydalarda varsa və buna görə cərimə çox az yazılırsa, sarı xətləmə olduqdan sonra düzələcəkmi?
Əslində, bütün qanunların icrası ideal olarsa, heç belə xəttləməyə ehtiyac yaranmaz. Çox təəsüf ki, bizdə bir çox qanunların kağız üzərində qalması, tətbiqdə axsamalar bu və ya digər şəraitdə qanundan yan qaçmağa imkan yaradır. Dediyimiz kimi, qanunda qeyd edilib ki, sürücü tıxac olarsa, yolayrıcına daxil olduqda ona cərimə düşür. İndi xətt çəkildikdən sonra, yenə daxil olduqda ona cərimə düşəcək. Bəs xətt nəyi dəyişəcək ?
İnsan beyni fiziki görmədiyi maneələri qəbul etmir. Bu xətləmə onlara bir maneə rolu oynaya bilər. Mən qəti şəkildə hamının əməl edəcəyini düşünmürəm. Bizdə qoşa xətt də maneə rolunu oynayır, amma tıxacda qoşa xətti tapdalayan sürücü minlərlədir. 60 manat və 3 cərimə balı heç kimi qorxutmur. Və ya "dayanma və durma qadağandır" nişanını yüz minlərlə sürücü nəzər almır və hətta iki, üçüncü sırada avtomobillərini saxlayırlar. Burda da belə bir təcrübə yaşanacaq. Effekti olacaqmı ? Bunu zaman göstərəcək. Cərimələnmə çıxış yolu olmayacaq. BNA yolayrıclarında tıxacın qarşısını almaq üçün bu dünya təcrübəsini tətbiq etmək istəyir. Və bu, alqışlanandır”.
Bu torun çəkilməsi ilə nəsə amerika kəşf edilməyib. Normal məntiqi olan sürücü bilməlidir ki, əgər kəsişməni keçə bilməyəcəksə digər sürücülərin yolunu kəsib ortada dayanmamalıdır. Bu məsələ qanunvericilikdə də var. Sarı kəsişmə toru yəni yola sarı xətlərin çəkilməsi sürücülərə qanunun tələbini xatırlatmaq üçün bir vasitədir. Məsələ bu qədər sadədir. İndi kim bunu əlavə boya istifadəsi işlətmək kimi, kim bunu sürücüləri tora salmaq kimi daha nə bilim nə kimi anlayıb qəbul edirsə etsin.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə məsələyə fərqli münasibət bildirib. O, kəsişmə torlarının tətbiq edilməsinin əslində çox böyük yenilik olmadığını deyib: “Bu torun çəkilməsi ilə Amerika kəşf edilməyib. Normal məntiqi olan sürücü bilməlidir ki, əgər kəsişməni keçə bilməyəcəksə digər sürücülərin yolunu kəsib ortada dayanmamalıdır. Bu məsələ qanunvericilikdə də var. Sarı kəsişmə toru yəni yola sarı xətlərin çəkilməsi sürücülərə qanunun tələbini xatırlatmaq üçün bir vasitədir. Məsələ bu qədər sadədir. İndi kim bunu əlavə boya istifadəsi işlətmək kimi, kim bunu sürücüləri tora salmaq kimi daha nə bilim nə kimi anlayıb qəbul edirsə etsin”.

OXŞAR XƏBƏRLƏR
Talıbovun oğlunun həbsinə hazırlıq gedir? – Yeni skandalın DETALLARI
Talıbovun oğlunun həbsinə hazırlıq gedir? – Yeni skandalın DETALLARI
Sabunçu məhkəməsinin qərarı 10 ildir icra olunmur
Sabunçu məhkəməsinin qərarı 10 ildir icra olunmur
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Məhkəmə-Hüquq Şurasının sədri cənan İnam Kərimova
Məhkəmə-Hüquq Şurasının sədri cənan İnam Kərimova
Hardasan, ay Polad Həşimov? – Qəbələdə hərbçi ailəsini hərbi şəhərcikdəki evindən qovurlar
Hardasan, ay Polad Həşimov? – Qəbələdə hərbçi ailəsini hərbi şəhərcikdəki evindən qovurlar
Azərbaycanda suyun qiyməti bu cür olacaq – 20 kubdan yuxarı….
Azərbaycanda suyun qiyməti bu cür olacaq – 20 kubdan yuxarı….
TƏBİB-in sədr əvəzi kimdir?
TƏBİB-in sədr əvəzi kimdir?
Vüqar Qurbanovdan ilk - Açıqlama
Vüqar Qurbanovdan ilk - Açıqlama