Azərbaycan İdeyası

Bu cavan erməni aqronom Azərbaycan torpağında 115 min nar tingi əkdi...

Tarix:13-11-2018, 12:24
Baxış Sayı:239

  Bu cavan erməni aqronom Azərbaycan torpağında 115 min nar tingi əkdi...
“Kənd təsərrüfatının inkişafı üçün əsas olan əlverişli iqlim şəraitidir ki, bu da Qarabağda var...”
Azərbaycanın işğal altındakı bölgələrindən birində yaşayan erməni Aren Xaçatryan 7 ildir ki, kənd təsərrüfatıyla məşğuldur.
Korrupsiya-q. az xəbər verir ki, ingilisdilli separatçı erməni nəşrlərinin yazdığına görə, son 3 ildə həmin dığa nar tinglərinin yetişdirilməsinə və alverinə girişib. Birinci il Aren cəmi 1000 ting satıb. İkinci ildə bu rəqəm 5 minə çatıb. İndi isə Xankəndindəki qondarma separatçı rejimin “ kəndə və kənd təsərrüfatına yardım fondu”nun dəstəyi ilə artıq A.Xaçatryanın satmaq üçün 115 min tingi var.
Qarabağda tinglərin satışı noyabrın sonunda başlanır və aprelədək davam edir. Gənc erməni bağban torpaqlarımızın daha 3 hektarında digər meyvə ağaclarını da yetişdirir: alma, armud, heyva, əncir, şaftalı, ərik, gilas, gilanar və s.
“Bu il biz 35 hektarda günəbaxan, 10 hektarda qarabaşaq(Azərbaycan dilində öyrənməyə və deməyə çətinlik çəkənlərə izah: “qreçka”-S.L.) və 25 hektarda buğda becərmişik. Kənd təsərrüfatının inkişafı üçün əsas olan əlverişli iqlim şəraitidir ki, bu da Qarabağda var” -deyə erməni aqronom böyük ümidlə danışır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı