Azərbaycan İdeyası

"3-CÜ MİKRORAYON BAZARI"NIN PULYIĞANI QEYBƏ ÇƏKİLİB

Tarix:17-12-2018, 14:29
Baxış Sayı:482

Azərbaycanda ən prestijli və təminatlı dövlət şirkətlərindən biri və demək olar ki, birincisi ARDNŞ-dir. Həqiqətən də neft sektoru iqtisadiyyatımızın aparıcı sahələrindən biri olmaqla, işçilərinin rifah səviyyəsinə görə də başqalarından müsbət mənada fərqlənir. Əgər bu sektorda çalışan mütəxəssis ailəsini, övladlarını maddi cəhətdən təmin edə bilmirsə, yaxud, ailə başçısı kimi, ata kimi belə öhdəliklərindən boyun qaçırırsa, bununla da demək olar cəmiyyətə pis nümunə göstərmiş olur. Bundan əlavə, bir dövlət şirkətinin əməkdaşı kimi etik davranış qaydalarını pozmuş olur.
Redaksiyamıza Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev - 146 ünvanda qeydiyyatda olan Əliyev Nazir Novruz oğlunun ərizəsi daxil olmuşdur. Bildirir ki, qızı Səadət 2013-cü ildə Əzimov Sabir İbrahim oğlu ilə ailə qurmuş və onların birgə nihakından iki oğlan uşaqları dünyaya gəlmişdir. Evləndikləri vaxtdan çox keçmədən aralarında münaqişələr baş vermişdir.
Ərizədən oxuyuruq: "Üç ay bundan əvvəl növbəti dəfə münaqişə yaranıb. Qızımın həyat yoldaşı Əzimov Sabir qızımı övladları ilə birgə evdən qovub və deyib ki, ərizə yazıb boşansın, daha onunla yaşamaq istəmir. Qızım ağlayaraq evdən getmək istəmədikdə, yenidən qızımı küçə sözləri ilə təhqir edərək, küçəyə atmışdır".
Nazir kişi yazır ki, o, bir ata olaraq, asaqqal olaraq kürəkəni Sabirin yanına getmiş, gördüyü işin ayıb olduğunu, iki oğlunun aqibətini xatırlatmış və fikrindən daşınmağı məsləhət görmüşdür. Sabir ona belə cavab vermişdir: "Mən o insanla birgə yaşamaq istəmirəm. Onların burda nə evi, nə də aiuləsi var". Bu zaman Nazir Əliyev ona xatırlatmışdır ki, yaşadığı evin həyətinin alınmasında və tikilməsində maddi köməyi olub. Amma dediklərinin heç bir faydası olmamışdır.
Ərizəçi məlumat verir ki, Sabir Çilov adasında energetik vəzifəsində çalışır. 1400 (bir min dörd yüz) manat məvacib aldığı halda üç aydır ki, uşaqlarına bir manat da olsun pul xərcləməyib. Ailəni bir araya gətirmək üçün etdikləri bütün cəhdlər uğursuz alınıb.
Qızının ailəsi dağılan ata həmçinin qeyd edir ki, Sabir daha əvvəl iki dəfə ailə qurubmuş. Bunu yaxın günlərdə öyrəniblər. Sabirin böyük qardaşı da SOCAR sistemində işləyir, o da bir neçə dəfə ailəli olub və boşanıb: "Görndyü kimi bunlar vərdişkardırlar, bu yolun yolçusudurlar, ailə saxlayan deyillər".
Şəhid ailəsi, Qarabağ müharibəsi veteranı olduğunu qeyd edən Nazir Əliyevin problemin KİV-də ictimailəşdirilməsi yolu ilə nail molmaq istədiyi məqsəd ondan ibarətdir ki, qızı və nəvələri tikilməsinə köməklik etdiyi evdə yerləşdirilsinlər.
Əlbəttə, məqsədəuyğun olardı ki, Nazir Əliyev hələ qızı ərə getməzdən qabaq gələcək kürəkəni barədə müfəssəl məlumatlar öyrənəydi. Aliment və əmlak bölgüsü məsələləri isə məhkəmə müstəvisində çözülməlidir. Yox, əgər ailənin yenidən bir araya gəlməsi imkanları tükənməyibsə, Sabirin işlədiyi kollektivin qınağı da əhəmiyyətli ola bilər. Odur ki, ARDNŞ rəhbərliyinin diqqətini bu məsləyə yönəltməyə çalışacağıq.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı