Azərbaycan İdeyası

"3-CÜ MİKRORAYON BAZARI"NIN PULYIĞANI HARA YOXA ÇIXIB?

Tarix:26-01-2018, 11:33
Baxış Sayı:289

Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Xutor məhləsi sıra - 13, ev 24 ünvanda yaşayan vətəndaş Həsənova Həcər Yəhya qızı redaksiyamıza göndərdiyi məktubda yazır ki, 25 ildir paytaxtın "3-cü mikrorayon bazarı"nda qadın paltarı ticarəti ilə məşğuldur. 3 il bundan əvvəl bazarda onlardan yer pulunu Mustafayev Tingiz Maarif oğlu kimi tanıdığı şəxs yığırmış: "O vaxt yanımda işləyən Əliyeva Dünya Sabir qızı gəlib mənə dedi ki, Tingizə 5 min manat pul lazımdır. Builirəm, səndə var, gəl ona verək, Türkiyəyə gedir, mal gətirəcək. Mən dedim ki, o qədər pulu verməyə qorxuram. O isə məni dilə tutdu, dedi ki, qaytarmasa yer pulunu verməzsən və ya gətirdiyi malı özünə götürüb satarsan. Mən də həyat yoldaşımdan xəbərsiz evdən pul götürüb verdim. Sonra eşitdim ki, Tingiz məndən başqa daha bir neçə nəfərdən də pul alıb. Bir müddətdən sonra ona pul verənlərin hamısı ayıq düşdü. O isə bazardan qaçdı".
Həcər Həsənova məsələnin ictimailəşdirilməsini, əlaqədar instansiyalara çatdırılmasında ona köməklik göstərilməsini redaksiyadan xahiş etmişdir.
Əlbəttə, bazardan qaçmaq hələ məsuliyyətdən qaçmaq, qanundan qaça bilmək demək deyildir. Həcər xanıma və onun kimi digər aldadılmışlara hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət görürük. Görünür, zərərçəkənlər T. Mustafayevin ictimai təhlükəli əməl sahibi kimi cəzalanmasını deyil, yalnız pullarını geri qaytarmasını istəyirlər ki, buna da ictimai qınaq yolu ilə təsir etməklə nail olmağa ümid edirlər. Yəqin ki, keçmiş pulyığanının hərəkətlərindən bazar rəhbərliyinin də xəbəri olmamış deyildir. Bəlkə də Tingizə borc verənlər həm də lazım gələcəyi təqdirdə müdiriyyətin vasitəsilə də ona təsir göstərə biləcəklərinə ümid ediblər. Öyrənməyə cəhd edəcəyik.

Ceyhun Dadaşov

OXŞAR XƏBƏRLƏR
Tərtər rayonunun Kəbirli kənd sakini Vəliyeva Ağca Mahir qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək məhkəmə ədalətsizliyi ilə üzləşdiyini bildirmişdir. Vətəndaş A.Vəliyeva yazır ki, Əliyev Rəşad Vaqif oğlu ilə 2016-cı ilin

“Fərqli dad”, fərli xidmət
“Fərqli dad”, fərli xidmət
Ata aliment ödəməmək üçün pişiyi bəhanə edib uşaqları anadan ayırmağa çalışır
Ata aliment ödəməmək üçün pişiyi bəhanə edib uşaqları anadan ayırmağa çalışır
“Günəş Petrol” firmasının fəaliyyəti məmnunluq doğurur
“Günəş Petrol” firmasının fəaliyyəti məmnunluq doğurur
Dostlarım
Dostlarım
Konstitusiya Məhkəməsinin səlahiyyətləri əgər bu qədər məhduddursa...
Konstitusiya Məhkəməsinin səlahiyyətləri əgər bu qədər məhduddursa...
Mənli günlərini yada salarsan
Mənli günlərini yada salarsan
Zirzəmidə yağış suyuna qərq olan avtomobilə dəyən ziyanı kim qarşılayacaq?
Zirzəmidə yağış suyuna qərq olan avtomobilə dəyən ziyanı kim qarşılayacaq?