Azərbaycan İdeyası

Havanı çirkləndirən sex sahibi dörd min manat cərimələndi

Tarix:20-12-2018, 13:27
Baxış Sayı:261

 Havanı çirkləndirən sex sahibi dörd min manat cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Nərimanov rayonu, N.Nəsrullayev küçəsi 5 ünvanında fəaliyyət göstərən “Bakı Elektriktökmə” ASC-nin nəzdində fəaliyyət göstərən sexdən atmosferə atılan tullantılarla bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən araşdırılıb və monitorinq aparılıb.
Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, monitorinq zamanı havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
Faktla bağlı “Bakı Elektriktökmə” ASC-nin nəzdində icarə müqaviləsi ilə fəaliyyət göstərən metal qəbulu sexinin sahibi Natiq Məmmədov barəsində akt, protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4 min manat məbləğində cərimə olunub.
Atmosferə atılan tullantıların qarşısının alınması, müasir təmizləyici qurğunun quraşdırılması məqsədilə sexin sahibinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
“Bakı Elektriktökmə” ASC-yə isə ətraf mühitə mənfi təsiri olan sexlərlə icarə müqaviləsi bağlamaması üçün icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı