Azərbaycan İdeyası

Dilqəm Əsgərovun oğlu bütün Azərbaycana səsləndi: -"Budurmu insanlıq...”

Tarix:10-01-2019, 16:28
Baxış Sayı:275


 Dilqəm Əsgərovun oğlu bütün Azərbaycana səsləndi: -"Budurmu insanlıq...”

"120 kilo çəkisi olan atamın indi 45 kilo çəkisi qalıb"
Ötən beş il ərzində atamın səhhətində çox ciddi problemlər yaranıb. Əvvəllər atamdan məktub alsam da əfsuslar olsun ki, artıq 1 il 2 aydır atamdan məktub gəlmir. Beynəlxalq Qırmızı Xaç Komitəsi bir aydan bir atamdan məktub, üç aydan bir video görüntü gətirməlidir. Ancaq bugünkü gün nə məktub var, nə də video...
Moderator.az xəbər verir ki, bu sözləri Dilqəm Əsgərovun oğlu Miq.Az xəbər portalının əməkdaşına açıqlamasında deyib.
Bildirib ki, Qızıl Xaç Komitəsi sonuncu dəfə 2017-ci ilin noyabr ayının 1- də atasının yazdığı məktub ona təqdim edib.
"O vaxtdan indiyədək bizə ancaq şifahi məlumat verirlər ki, atanın səhhəti yaxşıdır. Heç bir problemi yoxdur. Sual olunur, əgər atamın səhhəti yaxşıdırsa, heç bir problemi yoxdursa, nəyə görə Azərbaycanda saxlanılan erməni diversantlara yaradılan şəraitdən bizə də yaradılmır. Şəxsən mən atamla canlı Skayp vasitəsi ilə görüntülü danışım və yaxud da atamdan bir dəqiqəlik canlı video gətirsinlər ki, mən görüm atam danışır, oturur, durur hərəkət edir. Bunların hamısından bizi məhrum ediblər, ancaq erməni diversanta elə şərait yaradılıb ki, ailəsindən üç aydan bir beş dəqiqədən artıq canlı görüntü ilə danışmaqla yanaşı, hətta çin ingilis dili öyrənir, mütəmadi həkim nəzarətində saxlanılır. Ancaq 120 kilo çəkisi olan atamın indi 45 kilo çəkisi qalıb, budurmu insanlıq...”, - deyə söyləyib.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Bakıda böyük təmizlik
Bakıda böyük təmizlik
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI