Azərbaycan İdeyası

981 MÜƏLLİM MÜDDƏTSİZ ƏSASLARLA İŞƏ QƏBUL OLUNUB

Tarix:1-05-2019, 13:35
Baxış Sayı:226


Respublikanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin müsahibə nəticələri açıqlanıb.
Təhsil Nazirliyindən ONN media-ya verilən məlumata görə, 981 namizəd müddətsiz əsaslarla işləmək hüququ qazanıb.
Müsahibə mərhələsinin nəticələri ilə bağlı məlumat hər bir namizədin şəxsi səhifəsinə göndərilib.
Qeyd olunan göstəricilər ötən ilin anoloji nəticələrindən iki dəfə çoxdur. Müsabiqədə uğur qazanmış namizədlərlə 2019-2020-ci il tədris ilinin başlanğıcında müddətsiz əmək müqaviləsi bağlanılacaq.
Namizədlər mayın 17-nə qədər aidiyyəti yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidir.
Apelyasiya ilə bağlı müraciətlər 5 may saat 23:59-a qədər [email protected] e-poçt ünvanına göndərilə bilər.
Qeyd edək ki, müsahibələrdə 2017-2018 və 2018-2019-cu tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı