Azərbaycan İdeyası

QAZLI İÇKİLƏRİN ZƏRƏRLƏRİ: “SOYUQ İÇİN” ONA GÖRƏ YAZILIR Kİ…

Tarix:12-06-2019, 12:17
Baxış Sayı:197


Son dövrlər qazlı şəkərli içkilərə tələbat artır. Xüsusilə azyaşlıların sevərək içdiyi bu içkilər insan orqanizmində bəzi fəsadlar yarada bilər. Odur ki, mütəxəssislər həmin içkilərin istehlakının minimuma endirilməsini tövsiyə edirlər.

Korrupsiya-q.az ONN media istinadla xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin informasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, qazlı içkilərin tərkibində istifadə edilən “Aspartam” təbii dadlandırıcı kimi qiymətləndirilsə də, orqanizmə verdiyi zərərləri saymaqla bitməz. Belə ki, şirinliyi 200 şərti vahid təşkil edən “Aspartam” hamiləlik zamanı düşüklərin yaranması, şəkər və ürək xəstəlikləri ilə bərabər, 100-ə yaxın xəstəliyin meydana gəlməsinə səbəb olur. “Aspartam” şəkərli və qazlı içkilərlə orqanizmə daxil olduqda bədənimiz bu “təbii dadlandırıcı”nı normal şəkər kimi qəbul etmir və şəkərin parçalanması üçün ifraz olunan insulin yaranmadığı üçün orqanizmə faydası olmayan bakteriyaların qidalanmasına əlverişli şərait yaratmış olur.
Adətən qazlı içkilərin üzərində olan “Soyuq halda için” yazısı da əbəs yerə yazılmır. Bunun əsas səbəblərindən biri qazlı və şəkərli içkiləri temperaturu yüksək olan şəraitdə saxladıqda tərkibində mövcud olan “Aspartam” əlavəsinin asanlıqla metanola çevrilməsidir. Metanol isə kanserogen təsiri ilə seçilən formaldehidə çevrilə bilir. Şəkərli içkilərin aşağı kalorili olaraq satışa çıxarılması məqsədilə istifadə edilən bu kimi dadlandırıcılara saxarin, kalium afsesulfat və s. misal göstərmək olar. Hazırda bir neçə şəkər əvəzedicisinin qarışdırılması ilə (saxarin və “Aspartam”ı, atsesulfam və “Aspartam”ı və s.) şəkərli içkilərdə energetik səmərə əldə olunur.
Şəkərli içkilərin orqanizmə olan mənfi təsirini ortaya çıxaran tədqiqatlara hər gün yeni biri əlavə olunur. Amerika Ürək Dərnəyi tərəfindən aparılan araşdırmalara görə, hər il dünyada şəkərli içki istehlakı səbəbindən 133 min insan diabet, 44 min insan ürək-damar xəstəlikləri və 6 min insan xərçəngdən dünyasını dəyişir. Məlumdur ki, şəkərli içkilərin tərkibində kalori və şəkər çoxdur. Qida dəyər göstəriciləri baxımından isə şəkərli içkilər olduqca zəifdir. Elə bu səbəbdən şəkərli içki qəbul etdikdə toxluq hissi yaranmadığı üçün gün ərzində qəbul etdiyiniz yeməklər artıq çəkiyə və həddindən artıq piylənməyə səbəb olur. Bu gün Amerikada yetkin insanların 36 və gənclərin isə 17 faizi şəkərli və qazlı içkilər, soyuq çaylar və diyetik içkilər səbəbi ilə həddindən artıq piylənmədən əziyyət çəkirlər.
Aparılan son tədqiqatlara görə, orta yaş qrupuna daxil olan yetişkin insanlar gün ərzində mütəmadi olaraq şəkərli içki qəbul etdikdə orqanizmdə mövcud olan yağların həm keyfiyyəti, həm də miqdarı kəskin şəkildə dəyişir. ABŞ-n Massaçusets ştatının Framinqam şəhərində aparılan tədqiqata cəlb edilən 1000-dən çox insandan alınan nümunələrin analiz nəticələrinə görə, şəkərli içki qəbul edənlərdə etməyənlərə nisbətən daxili piylənmənin yüksək olduğu ortaya çıxıb. Bundan başqa, qazlı şəkərli içki istehlakı yüksək olan insanların mütəmadi olaraq idmanla məşğul olmalarına baxmayaraq, onlarda, eyni zamanda, yağların ərimə sürətində də ciddi yavaşlama müşahidə edilir. Sadə dildə desək, yüksək miqdarda şəkərli içki qəbulu, daxili piylənməni artırmaqla yanaşı, piylənməyə səbəb olan yağların orqanizmə birdəfəlik yerləşməsinə səbəb olur.axar.az

OXŞAR XƏBƏRLƏR
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026