Azərbaycan İdeyası

ASAN Xidmətdə işləmək istəyənlərə ŞAD XƏBƏR - Nazirlik BƏYAN ETDİ

Tarix:19-07-2019, 11:42
Baxış Sayı:198

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyində olan orqanlarda vakant kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.
Korupsiya-q.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhərinin 6 saylı, o cümlədən respublikanın Tovuz, Şamaxı, Balakən, Kürdəmir və Ağcabədi “ASAN xidmət” mərkəzlərinin hər birində 4, ümumilikdə 24 vakant yer tutmaq məqsədi ilə keçirilən müsabiqədə orta, xüsusi orta və ali təhsil müəssisələrini bitirmiş, yaşı 20-dən 25-dək, boyu 160 (qadınlar), 170 (kişilər) santimetrdən yuxarı olan özü və yaxın qohumları məhkum olunmamış, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən, yaşayış yeri üzrə Bakı, Tovuz, Şamaxı, Balakən, Kürdəmir və Ağcabədi şəhərlərində və ətraf rayonlarında daimi qeydiyyatda olan vətəndaşlar iştirak edə bilərlər.

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq. Müsabiqədə ali təhsillilərə, kompüterlə işləmək qabiliyyətinə malik olan və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük veriləcək.

Müsabiqə qalibləri müvafiq xüsusi rütbə verilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kadrları tərkibinə daxil ediləcək və onların qanunvericilikdə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan imtiyazlardan istifadə hüququ olacaqdır.

Xidmətə qəbul olunmaq istəyən şəxslər 2019-cu ilin iyul ayının 18-dən avqust ayının 18-dək iş günləri saat 10:00-dan 17:00-dək Bakı şəhəri Nizami rayonu Məhsəti küçəsi 160-da yerləşən Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə bilavasitə tabe olan Arxiv-uçot şöbəsinə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Şəxsiyyət vəsiqəsi

- Təhsil haqqında sənədin əsli

- Hərbi bilet (kiçilər üçün)

- əmək kitabçası (olanlar üçün)

Əlavə məlumat üçün əlaqə telefonu: (012) 570-70-80;

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama