Azərbaycan İdeyası

İtkin düşən pilot haqqında bilmədiklərimiz - FOTO

Tarix:26-07-2019, 13:31
Baxış Sayı:253


İyulun 24-də axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev haqqında bəzi məlumatları çatdırırıq.
Korrupsiya-q.az xəbər veri ki, Rəşad Atakişiyev Şəmkirin Qılıncbəyli kəndində doğulub. Ailənin bir övladı olub.
Anası rusəsillidir. Orta məktəbi Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb. Müəllimlərin sevimli şagirdi olub. Bacarığı və istedadı ilə həmişə sinif yoldaşlarından fərqlənib. Məktəbi çox yüksək qiymətlərlə başa vurub. Sonra Hərbi Hava Qüvvələri məktəbinə daxil olub. Oranı da yüksək qiymətlərlə başa vurub.
Polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.
Xəbəri eşidən Qılıncbəyli sakinləri hələ də onun qəzaya düşdüyünə inanmadıqlarını, çox sarsıldıqlarını bildirirlər. Son vaxtlar işlərinin çoxluğu ilə əlaqədar kəndə gec-gec gəlməsinə baxmayaraq, vaxtaşırı kənddə yaşayan doğmalarını ziyarət edirmiş.
Onu da xatırladaq ki, polkovnik-leytenant tanınmış politoloq Qabil Hüseynlinin kürəkənidir və hərbi hissə komandirinin müavini olub.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı