Azərbaycan İdeyası

“Azərbaycan Sərhəd Mühafizəsi: dünən, bu gün və sabah” adlı bayram tədbiri keçiriləcək

Tarix:9-08-2019, 16:05
Baxış Sayı:242



2019-cu il 14 avqust tarixində Bakı şəhərində dənizkənarı milli parkda bayraq meydanının yaxınlığında "Azərbaycan Sərhəd Mühafizəsi: dünən, bu gün və sabah" mövzusunda bayram tədbiri keçiriləcək. "Olaylar" xəbər verir ki, bayram tədbirində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Sərhəd Mühafizəsinin son illər ərzində inkişafı və əldə etdiyi xidməti nailiyyətlər haqqında ictimaiyyət geniş məlumatlandırılacaq, şəhər sakinlərinə, xüsusən də gənclərə və yeniyetmələrə Azərbaycan Respublikasının dövlət sərhədləri, sərhəd mühafizə tarixi, dövlət sərhədinin mühafizəsində tətbiq olunan hərbi və döyüş texnikası, silahlar və xüsusi sərhəd mühafizə avadanlığı haqqında geniş məlumat veriləcək.
Tədbirdə Dövlət Sərhəd Xidmətinin döyüş və zirehli texnikası, uçuş vasitələri, pilotsuz uçan aparatları, sərhəd gözətçi gəmiləri, ən müasir silah və sursatları, sərhəd mühafizə və digər xüsusi hərbi avadanlıqlar, dövlət sərhədinin mühafizəsində istifadə olunan mühəndis-texniki qurğular, sərhəd nəzarəti texnikası nümayiş olunacaq, tədbir iştirakçılarına hərbi və döyüş texnikası ilə bilavasitə tanış olmaq, onların üzərində şəkil çəkdirmək, səhra mətbəxində əsgər yeməyindən dadmaq, interaktiv tirdə atəş açmaq, qısa müddət ərzində özlərini sərhədçi kimi hiss etmələri üçün şərait yaradılacaq.Tədbir çərçivəsində Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestri, rəqs ansamblı və "NUR" vokal-instrumental qrupu geniş konsert proqramı ilə çıxış edəcək. Saat 09:00-dan 14:00-dək keçiriləcək tədbirə giriş sərbəstdir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı