Azərbaycan İdeyası

“Əli Kərimli, o sən, o da partiyan...” – Oqtay Hacımusalı

Tarix:23-09-2019, 14:55
Baxış Sayı:144




Jurnalist Oqtay Hacımusalı öz facebook səhifəsibndə "AXCP - də partiyadaxili xaos pik həddə çatıb” başlıqlı status paylaşıb.


Korrupsiya-q.az xəbər verir ki, sözügedən statusda jurnalist AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı ilə bağlı məlum olayı şərh edərək yazır:
"Özəlliklə Fuad Qəhrəmanlının ifşasından sonra AXCP sıralarında ciddi anlamda bir təlatüm başlayıb. Bu təlatümün onsuz da partiyadaxili müxtəlif səviyyədə daha öncədən də mövcud olması az - çox Azərbaycan siyasətini izləyən heç kəsə sirr deyil. Zaman zaman bu partiyada üzvlər digər müxalifət partiyalarında olduğu kimi satqın, agent adlandırıb, bir birilərini hakimiyyətə işləməkdə günahlandırıblar”.
Oqtay Hacımusalı fikrinin davam etdirərək daha sonra belə yazıb: "Sosial mediada statuslarina ara verməyən AXCP-liler haqlı olaraq sədr müavini Fuad Qəhrəmanlının istefasından sonra sədrin də təbiri caizsə kəlləsini istəyirlər. Sosial mediada saxladıqları trolları belə bu etirazçı qrupla bacara bilmirlər. Ya da bacarmaq istəmirlər. Çünki onlar da həqiqətin əslində nə olduğunu və bu ictimai qınağa qarşı çıxmağın nə qədər yanlış olduğunu bilirlər. Bir misal verəcəyəm: bundan öncə hər hansı bir başqa partiyadan olan funksionerin nə hunəri var idi, AXCP sədrini və ümumiyyətlə partiyanı dilinə dolayaydi, dərhal troll ordusu linc kampaniyası başlayırdı”.
Oqtay Hacımusalı fikrini belə yekunlaşdırır: "Ən yaxın tarixdə AXCP ilə Real arasında gedən söz duelini yada salaq. O zaman realçılara aman verməyən AXCP-lilər indi susub oturublar. Haqsız olduqlarının fərqindədirlər. Belə görünür ki, partiya sədrinin utanıb qızarmadan canlı yayınlarda xalqı mitinqə səsləməsi də bu prosesin lap üstünə benzin töküb. Mitinqdən sonra partiyada xaos özünün pik həddinə çatacaq və narazı kütlə Əli Kərimliyə "o sən o da partiyan” deyəcək..”

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı