Azərbaycan İdeyası

Gömrükdən qızıl-zinət əşyalarını gizlədərək keçirtmək istədi

Tarix:9-10-2019, 16:05
Baxış Sayı:187



Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postunun ixrac piyada gömrük nəzarəti xəttinə daxil olan Özbəkistan Respublikası vətəndaşının əl yüklərinə rentgen qurğusunda baxış keçirilib və şübhəli cizgilər müəyyən olunub. Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, baxış zamanı xanım vətəndaşın əl çantasının və çamadanının içərisindən gömrük nəzarətinə bəyan olunmayan, üzərindəki qaşları ilə birlikdə ümumi çəkisi 80 qram olan qızıl-zinət əşyaları - 2 cüt sırğa, 3 ədəd üzük, 1 ədəd boyunbağı, çəkisi 1 qram olan 4 ədəd yaşıl rəngli qiymətli daş, 1 ədəd üzərində "Maktain 222083" yazısı əks olunan qol saatı və 1 ədəd lupa aşkarlanıb. Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama aparılıb. Bu zamanı onun sinə nahiyəsində salfetə bükülü şəkildə gömrük nəzarətindən gizlədilən, qaşları ilə birlikdə ümumi çəkisi 117 qram olan 4 ədəd üzük, 4 cüt üzük-sırğa dəsti və 1 ədəd boyunbağı aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı